Son sutka ərzində İran limanlarına gedən və ya oradan çıxan heç bir gəmi tətbiq edilən dəniz blokadasını yarıb keçə bilməyib. Tezadlar.az Reuters-ə istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” hesabında paylaşım edib. Belə ki, əməliyyatda 10 mindən çox ABŞ hərbçisi, onlarla hərbi gəmi və təyyarə iştirak edir. Bununla da ilk 24 saat ərzində altı ticarət gəmisi ABŞ qüvvələrinin tələbi ilə geri dönərək Oman körfəzində yerləşən İran limanlarına qayıdıb.
Boğaz istiqamətində gərginlik isə davam edir.






