Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Dekabr 2025 / 21:14

Huqo Alonso Bakının idman imkanlarını yüksək qiymətləndirdi

Bakıda çox gözəl idman infrastrukturu mövcuddur.

Tezadlar.az-ın məlumatına görə, bunu Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES Europe) baş katibi Huqo Alonso Bakının “Dünya İdman Paytaxtı” elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, Bakının çox gözəl şəhər olduğunu vurğulayıb:

“Bakını “Dünya İdman Paytaxtı” elan edən rəsmi çərçivəni Monakodan bura gətirdik. Paytaxtınızda çox gözəl idman infrastrukturunun olduğunu bilirik. Bakı daha əvvəl bir sıra beynəlxalq yarışlara ev sahibliyi edib. Bu yarışların hər birinin yüksək səviyyədə keçdiyini çox yaxşı xatırlayırıq”.

Qeyd edək ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın “İdman paytaxtı” seçib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!