Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 İyul 2026 / 15:50

Hüquqşunas alim İlqar Altay tiktoker Arzumun hökmündən yazdı-İNANILMAZ

Hüquqşunas İlqar Altay tiktoker Arzumun hökmündən maraqlı yazı paylaşıb. Sitat:
“Mən bu, tiktoker deyilən qadının nə özünü, nə tiktokerliyini tanımamış və heç bu arzum9999 ada rast da gəlməmişəm. Nə cür həyat sürmə, nə davranışda olmasını da bilmirəm, nə fərqi?!
Söhbət vətəndaşdan, hüquqdan, qanundan, yol hərəkət qaydalarından gedirsə və adam bunları pozubsa və ölüm və xəsarət bilavasitə pozuntu nəticəsidirsə vətəndaş kimi cavabını verməlidir. Onu ittiham edən orqanların da borcu həmin bu işə qanuni ədalətli yanaşmaqdır. Əks halda isə, qanuna, dövlətə, idarəçiliyə ziyanlıdır, üstəlik də hansısa haqlı tərəfə də ziyandan əlavə.
Hadisə xeyli ictimai mübahisə doğurduğu üçün qəzanın video görüntüsilə maraqlanıb, baxdım. İndi, məsələnin istintaq, məhkəmə, maddələr və yorucu detallarını kənar qoyub, ümümən baxaq.
Obyektiv fikrim belədir. Hadisəni ölüm və ağır xəsarətlə başa çatdıran faktor yüksək sürətdir. Bu sürət azı, 100 km/saat olub. Və belə bir, dar məhəllə küçəsi üçün, istənilən kiçik bir, qarşıya uşaq, qoca, it, heyvan ya araba çıxması halında ağır qəza yarada bilmə mənbəyidir. Hələ maşın içindəkilərin qoruyucu kəmər taxması da xeyli sualdır və təhlükədən çıxa bilmək təcrübəsi də.
Yüksək sürət olmasaydı, saatda 50-60-la sürsə, sürücü qadının dönmə işarəsini yandırdığını və dönmək istədiyini də görə bilib, sürəti daha da azaltmağa macal tapar, bu konkret haldakı kimi maneəyə elə də, bərk toxunmadan idarəçiliyini də itirməzdi və ən azı ölüm qəzası törətmədən keçinə bilərdi. Hesab edək ki, bir at çıxıb gecə qabağına kəskin, nə edəcəkdi, bu yüksək sürət və bu cür sürmə təcrübəsi ilə? Ata iş verilərdi?!
İkincisi, yol iki tərəflidir, biri gediş, o birisi gəliş, yəni bir zolaqlıdır, iki zolaqlı yox. Arxadan gələn maşın onu ötməməli, ehtiyatla gözləməli idi ki, yol əyilir, qarşıdan maşın çıxar. Qadın sürən bir zolağı tutmuşsa, heç dönməsə belə, özünü bu maşına çırpmalı idi? Hamısı, yüksək sürətdən!
Qaldı, qadın sürücü. Maşını aşağı sürətlə idarə edib, çünki, o yerdə dönmə yüksək sürətlə olsa aşar. Dönmə işığını da yandırııb. Arxadan gələn maşının uzaqda olduğunu görüb, onun əraziyə uyğun aşağı sürətlə gəldiyini yəqin edib (çünki orada sürət həddi budur, o ara, özü də qaranlıq vaxtı güclü işıqlarla gələn maşının sürətini nə ilə ölçsün ki, belə yüksək sürətlə gəlir?) dönmə əməliyyatını rahat çatdıra biləcəyini düşünüb. Qadının qoyub qaçma pozuntusu yoxdur, P. S.- də, yazının sonunda açıq aydınca izahı verilib.
Nəhayət, belə götürək,. Qadın qaydanı pozub, dönməni edib, arxadan gələn sürücü isə, heç qaydanı pozmayıb, saatda 50-60 sürətlə gəlib, dönən maşının sol ucuna toxunub. Bu qaydalı aşağı sürətlə gələn maşın, idarəsini itirib, heç, maşını saxlamaq qalsın, gedib yoldan çıxıb da, qarşıda neçə maneəni vurub dağıdıb, o kinetik enerji ilə öz həyatını itirmə, yoldaşına çox ağır xəsarət yetirmə qədər bir zərbə baş verərdimi? Təbii ki, yox! Bunu beynəlxalq və yerli ekspert, mütəxəssis deyil, adicə vicdanlı təcrübəli taksi sürücülərinə sual verilsin. Deyəcəklər ki, yox!
Bu qəzanın istintaqını hansı müstəntiq aparıb, ittihamı hansı prokurorluq verib, hökmü hansı hakim hansı motivlə çıxarıb, ona toxunmuram. Amma, fikrimcə, hökm, 5 il 9 ay cəza çox xeyli qanunsuz və ədalətsizdir, hüquqa, vicdana və insanlığa qalırsa. Bu cəza, maşını xuliqanlıqla bərk sürərək, yoldan keçən günahsız adamları vurub öldürənə heç verilmir, ehtiyatsızlıq deyə. Yəqin ki, apellyasiya məhkəməsi bu məsələni daha obyektiv araşdırıb obyektiv qərarını verər.
P. S. Hələ, avtotexniki ekspertiza bir yana, gətirin o ölümün ekspertizası və elə ağır xəsarət alanın da xəstəlik tarixini baxaq. Həmin xəsarətlərin hansı sürətin və massiv zərbənin nəticəsi ola bilməsini deyim. Çox uzağa nə lazımdı getmək.”
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!