Husilər bir daha Səudiyyə Ərəbistanını hədəfə alıblar. Səudiyyə Ərəbistanının şərqindəki paytaxt Ər-Riyadı hədəf alan ballistik raketlər və dronlar vurulub. Bu arada, Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarət edən bölgədən geri çəkildiklərini açıqlayıblar.
Tezadlar.az xəbər verir ki, Yəməndə Səudiyyə Ərəbistanı ilə İranın dəstəklədiyi Husi üsyançıları arasında toqquşmalar davam edir.
Husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadı ballistik raketlərlə hədəfə alıblar. Raketlər və dronlar havada ələ keçirilib.
Raketlərin və dronların Səudiyyə Ərəbistanının şərqində ələ keçirildiyi və bu bölgədə məhv edilən dronların sayının üçə çatdığı açıqlanıb.
İtki, yaralı və ya zərərlə bağlı heç bir məlumat paylaşılmayıb.
Digər tərəfdən, Qırmızı dənizi və Hind okeanını birləşdirən Bab əl-Məndəb boğazında da hərbi hadisələr baş verib.
Yəmən hökumət qüvvələrinin Bab əl-Məndəb boğazına nəzarət edən bölgədən geri çəkildiyi və nəzarəti Husilərə təhvil verdiyi açıqlanıb.
Bəyanatda geri çəkilmə qərarının Ədən və ətraf ərazilərin təhlükəsizliyini təmin etmək, cəbhə xətlərini gücləndirmək və mövcud təhdidlərə qarşı tədbirlər görmək məqsədilə verildiyi bildirilir.
Yəmən hökumət qüvvələri oktyabr ayında Qırmızı dəniz sahili boyunca strateji əraziləri geri almaq üçün husilərə qarşı əks-hücuma başlayıb.
ELBAR







