Əsas məzmuna keç

Husilər son 48 saatda Səudiyyə Ərəbistanına 5 hücum təşkil edib

Yəməndəki Husilər son 48 saat ərzində Səudiyyə Ərəbistanında 5 hücum həyata keçirdiklərini və Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanını, radar sistemlərini, neft emalı zavodunu, qaz təsisini və elektrik stansiyalarını hədəf aldıqlarını açıqlayıblar.

Tezadlar.az xəbər verir ki, ABŞ-da yerləşən X şirkətinin sosial media platforması hesabında edilən açıqlamada Husi hərbi sözçüsü Yəhya Seri Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanının və Əbha və Xamis Muşayt bölgələrindəki iki radara hədəf alındığını iddia edib.

Seri Səudiyyə Ərəbistanının cənub-qərbindəki Cizan Neft Emalı Zavoduna edilən hücumda yanğın baş verdiyini iddia edib.

Sözçü digər hücumlarda Əl-Əhsa bölgəsinin cənubundakı Əl-Haviyə Qaz Təsisini və Cizan şəhərindəki Şuqaiq və Cizan elektrik stansiyalarını hədəf alaraq ciddi ziyana səbəb olduqlarını bildirib.

Yəməndə münaqişə

Yəməndəki böhran İranın dəstəklədiyi Husi üsyançılarının 2014-cü ilin sentyabr ayında paytaxt Sənanı və bəzi digər əraziləri ələ keçirməsindən sonra daha da dərinləşib.

Bu hadisələrdən sonra Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin mart ayında beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətini dəstəkləməyə başlayıb.

2022-ci ilin aprelində qüvvəyə minən atəşkəslə ölkədə nisbətən sakit bir dövr yaşansa da, iyul ayından bəri münaqişələr yenidən şiddətlənib.

İranın dəstəklədiyi Husilər hökumətin nəzarətində olan ərazilərə hücumlarını artırıblar və həmçinin Səudiyyə Ərəbistanını ballistik raketlər və dronlarla hədəfə alırlar.

ELBAR  

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…