Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 May 2022 / 05:14

İRAN ABŞ-IN ACIĞINA 2 YUNAN TANKERİNİ ƏLƏ KEÇİRDİ- QALMAQAL

Yunanıstan tankerlərinin İran tərəfindən ələ keçirilməsi piratçılıqla eynidir.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir… Belə ki, İran Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterin Fars körfəzində beynəlxalq sularda (İran sahilindən 22 dəniz mili) olan Yunan bayraqlı “Delta Poseidon” gəmisinə eniş etdiyi bildirilir. Daha sonra silahlı şəxslər iki Yunan vətəndaşı da daxil olmaqla gəminin heyətini ələ keçiriblər. Oxşar hadisə İran sahillərində göyərtəsində yeddi Yunanıstan vətəndaşının olduğu Yunanıstan bayraqlı başqa bir gəmidə də baş verib. Məlumata görə, baş katib Themistoklis Demiriş beynəlxalq hüququn və beynəlxalq gəmiçiliyin əsas normalarına zidd olan bu hərəkətləri şiddətlə pisləyib və gəmilərin və onların ekipajlarının dərhal azad edilməsini tələb edib. 
Themistocles Demiris bildirib ki, bu hərəkətlər xüsusilə Aİ ilə İran arasında münasibətlərə mənfi təsir göstərəcək. Bu hadisələr fonunda Xarici İşlər Nazirliyi Yunanıstan vətəndaşlarına İrana səfərdən çəkinməyi tövsiyə edib. 

İran İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələri Fars körfəzi sularında qanun pozuntularına görə iki Yunan tankerini saxlayıb. Gəmilərin hansı pozuntulara görə saxlanıldığı barədə məlumat isə verilmir. Lakin İran tərəfi məlumat yayıb ki, bu addım ABŞ-ın acığına edilib…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!