Əsas məzmuna keç

İRANDAKI PARTLAYIŞDA ÖLƏNLƏRİN SAYI ARTMAQDADIR

Bu dəqiqələrdə məlum oldu ki, İranın şərqindəki Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb.

Tezadlar.az İRNA agentliyinı istinadla bildirir ki, həlak olanların sayının artacağı istisna deyil. Sitat: “Təbəsdəki şaxtada baş vermiş insident nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb, daha 20 nəfər yaralanıb”, – agentlik bildirib.

Qeyd olunub ki, hadisə yerində xilasetmə işləri davam edir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…