Əsas məzmuna keç

İRANDAKI SƏFİRLİYİMİZİN ƏMƏKDAŞLARI TƏLTİF EDİLDİ

Bj gün Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Tehrandakı Səfirliyinin təhlükəsizlik xidmətinin üç əməkdaşı dövlət mükafatları ilə təltif edilib.

Belə ki, Vasif Tağıyev 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. Orxan Əsgərov “Vətən uğrunda” medalı ilə (ölümündən sonra) təltif olunub. Mahir İmanov da eyni mükafata layiq görülüb. 

Xatırladaq ki, yanvarın 27-də avtomatla silahlanmış terrorçu səfirliyə girib və atəş açıb. Orxan Əsgərov ölümcül yaralanıb və həlak olub. Mahir İmanov da yaralanıb. Vasif Tağıyev terrorçunu zərərsizləşdirib, amma o da güllə yarası alıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…