İRANIN HAVA MƏKANI NİYƏ BAĞLANIB?

İran üzərində hava məkanının bağlanması nəticəsində bir sıra beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib.

Tezadlar.az  bildirir ki,  bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb. Məlumatda deyilir ki, Bakı hava limanına uğurla eniş edənlər sırasında “Jazeera Airways”aviadaşıyıcısının Moskva (DME) – Küveyt reysi, “Fly Dubai”ın Budapeşt, Moskva (VKO), Minsk, Kazan və Sankt-Peterburqdan Dubaya olan uçuşları, eləcə də “Air Arabia” aviaşirkətinin Moskva – Şarja reysi yer alır. Heydər Əliyev Beynəlxalq Aeroportu bütün müvafiq resursları səfərbər edərək eniş etmiş reyslərə operativ və yüksək səviyyəli xidmət göstərir.

Lakin İran üzərindən hava məkanının bağlanmasının səbəbi hələki tam açıqlanmır.

Y.Məmmədli

Xəbəri paylaş

12 İyul