
…Siyasət qəliz və qumar kimi bir məsələdir, onu oynayanlar gərək çox diqqətli olsunlar…
Və uduzanda da günahı qumarda yox, özlərində axtarsınlar…
***
Gələk mətləbə: Bakıdan birbaşa İrəvana gedən İraq prezidenti Əbdüllətif Camal Rəşid orada “erməni soyqırımı” muzeyini ziyarət edib və fəxri qonaqlar kitabına belə bir qeyd yazıb: “Erməni soyqırımı zəmanəmizin ilk soyqırımıdır və 1944-cü il “soyqırımı” ifadəsinin əsasını məhz o təşkil edir”.
İraq prezidenti yəqinki bu saxta soyqırımın mahiyyət və mənasını bilir… Bilirsə, gərək ermənilərin düzüb-qoşduğu bu qumara girməyəydi. Axı Türkiyə ilə qardaşlıq və dostluqdan danışan bir ölkənin rəhbəri ən azı bəzi incə siyasəti də nəzərə almalıdır… Türkiyə Prezidenti ərəb dünyası, o cümlədən Fələstin üçün hər cür risqə gedir… Ərəb ailəsinə daxil olan İraq prezidenti isə ermənilərin Türkiyəyə qarşı saxta iddiasına haqq qazandırır…
Min dəfə təəssüflər!
A.Məmmədli






