Əsas məzmuna keç

İSRAİL QƏZZA ZOLAĞININ ŞİMALINDA QURU ƏMƏLİYYATLARININ ƏRAZİSİNİ GENİŞLƏNDİRİB

İsrail hərbçiləri oktyabrın 27-də axşam saatlarında Qəzza zolağının şimal hissəsinə daxil olaraq quru əməliyyatlarının ərazisini genişləndiriblər.

Tezadlar.az bildirir ki, bu barədə brifinqdə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri məlumat verib.

“Axşam saatlarında İMQ qüvvələri Qəzza zolağının şimal hissəsinə daxil olub və quru əməliyyatını genişləndirib. Bu əməliyyatlara piyada, zirehli, mühəndis və artilleriya birləşmələri və intensiv atəşlə birlikdə cəlb olunub. İtkilər barədə məlumat yoxdur”, – o deyib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…