Əsas məzmuna keç

İSRAİL VƏTƏNDAŞLIĞI OLAN RUSLAR SƏFƏRBƏRLİYƏ CƏLB OLUNURLAR

İsrail vətəndaşlığı olan ruslar ümumi əsasda səfərbərliyə məruz qalırlar; hazırda onlar fəal şəkildə hərbi xidmətə çağırılırlar.

Bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi deyib.

“Onların minlərləsi, məncə, artıq hərbi xidmətə çağırılıb. İkili vətəndaşlığı olanlar. Onlar İsrail vətəndaşıdır, istənilən İsrail vətəndaşına aid olan hər şey onlara aiddir. Ona görə də səfərbərliyə çağırış alıblarsa, gedirlər”, – deyə diplomat bildirib.

“Rus və ya avstraliyalı olmasının fərqi yoxdur, hər şey eynidir, – deyə o, sözlərinə davam edib: “18 yaşı var, orduya çağırılır. Ehtiyatda olanlar isə əməliyyatla bağlı çağırılıb”.

Eyni zamanda, Ben Zvi vurğulayıb ki, İsrail “İsrail vətəndaşlığı olmayan başqa ölkələrin vətəndaşlarını hərbi xidmətə çağırmır”.

Səfir qeyd edib ki, İsrail polisi və əsgərləri arasında “Sovet İttifaqından olduqlarını göstərən” adları olan kifayət qədər adam var. “Rusiyadan, Belarusiyadan, Ukraynadan və ya digər respublikalardan” deyə izah edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…