Əsas məzmuna keç

İSTANBULDA “QARABAĞIN MİRASI” RƏSM SƏRGİSİ AÇILIB

Mayın 12-də İstanbulda azərbaycanlı rəssam Nigar Helmi Abbasbəylinin “Qarabağın mirası” mövzusunda fərdi rəsm sərgisinin rəsmi açılış mərasimi olub.

İstanbulun ən böyük mədəniyyət ocağı olan Atatürk Mədəniyyət Mərkəzində təşkil olunan sərgi on gün davam edəcək.

Türkiyə və Azərbaycan Mədəniyyət nazirliklərinin birgə layihəsi əsasında ərsəyə gələn tədbir ölkəmizin İstanbuldakı Baş konsulluğu, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və “Mezo digital Art” ın birgə təşkilatçıkığı ilə baş tutub.

Mərasimdə Türkiyənin Türizm və Mədəniyyət nazirinin müavini Özgül Özkan Yavuz, ardaş ölkədə fəaliyyət göstərən azərbaycanlı incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, diplomatlar, Azərbaycanın dövlət təşkilatlarının Türkiyədəki nümayəndələri və digərləri iştirak ediblər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…