Əsas məzmuna keç

İSVEÇ PARLAMENTİNDƏ NATO BAYRAĞI QALDIRILIB

İsveçin alyansa daxil olması münasibətilə bazar ertəsi ölkə parlamentinin qarşısında NATO bayrağının qaldırılması mərasimi keçirilib. Spiker Andreas Norlen və Baş nazir Ulf Kristerssonun çıxışları nümayişçilərin “NATO-ya yox” qışqırması fonunda olub.

Mərasimdə kral XVI Karl Qustav, hökumət, deputatlar və səfirlər iştirak ediblər. Monarxın sözlərinə görə, “Hazırda İsveç tarixinin yeni bir hissəsi yazılır.”

Lakin mərasim yerindən bir qədər aralıda – kral sarayının yaxınlığındakı terrasda – Fələstin bayraqları ilə gələn və mərasim iştirakçılarının görə biləcəyi qırmızı “NATO-ya yox” pankartı asan təxminən on adam toplaşıb. Etirazçıların kiçik bir qrupu kralın çıxışından sonra şüarlar səsləndirməyə başlayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…