Əsas məzmuna keç

İƏT-İN “GƏNCLƏR PAYTAXTI” TƏDBİRLƏRİNƏ START VERİLİB

Şuşa şəhərində 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “Gənclər Paytaxtı” tədbirlərinə start verilib.

Tezadlar.az xəbər verir ki, dekabrın 2-də açılış tədbirində Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun Təlim və tədris departamentinin direktoru Tuğba Ceren Çerçi, Mədəniyyət Nazirliyinin məsul əməkdaşı Ülviyyə Zeynalova çıxış ediblər.

Sonra “Şuşa Yaradıcılıq Emalatxanası” çərçivəsində maraqlı sessiyalar və təlimlər təşkil edilib, “Şuşa Yaradıcılıq Marafonu”na start verilib.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…