Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın ABŞ ilə qarşılıqlı fəaliyyətə hazır olması “snapback” mexanizminin müddətinin yaxınlaşması fonunda həlledici əhəmiyyətə malikdir.
“Tezadlar” xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas “X” hesabında yazıb.
Onun sözlərinə görə, İran həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) də tam şəkildə əməkdaşlıq etməlidir.
“Avropa nüvə probleminin diplomatik həllinə sadiqdir. “Snapback” mexanizminin müddətinin yaxınlaşması ilə əlaqədar İranın ABŞ ilə əməkdaşlığa hazır olması həlledici əhəmiyyət kəsb edir”, – Kallas vurğulayıb.