Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 May 2026 / 12:24

“İdrak” liseyində müəllimini güllələyən şagirdin işi məhkəməyə göndərilir

“İdrak” liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan 10-cu sinif şagirdinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Tezadlar.az xatırladır ki, 4 ay davam edən araşdırmanın sonunda təqsirləndirilən şagirdin ittihamı ağırlaşdırılıb. İstintaq belə qənaətə gəlib ki, məktəbli öz müəllimini xuliqanlıq niyyəti ilə öldürməyə cəhd edib. Bu əsasla Ə.Ş-ya Cinayət Məcəlləsinin 29 120.1-ci (qəsdən adam öldürməyə cəhd ) maddəsi ilə verilmiş ittiham 29 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə əvəz edilib.
İlkin araşdırma müddətində məktəblinin atası Samir Şirinov da ifadə verib. Müstəntiq onu oğlunun davranışları və cinayətlə bağlı sorğu-sual edib.
Bundan əlavə, daha əvvəl məlumat verildiyi kimi, güllələnən müəllim şagirdini bağışlayıb. Tərəflər arasında barışıq var.
Yaxın günlərdə məhkəmə araşdırması başlayacaq.
Qeyd: şagirdə verilmiş yekun ittihamın sanksiyasında 14 ildən 20 ilə kimi həbs cəzası nəzərdə tutulsa da, yetkinlik yaşına çatmadığı üçün ona 10 ildən artıq cəza təyin edilə bilməz. Amma maddənin dəyişdirilməsi cəza təyini zamanı ağırlaşdırıcı hal kimi nəzərə alına bilər.
Bu da son illər ərzində məktəblərimizdə baş verənlərin daha bir pis nümunəsi… Sual olunur: şagird ona elm-təhsil öyrədən müəllimini niyə də güllələməlidir? Yaxud, niyə güllələyir? Bu ailə tərbiyəsindəki boşluqdandır, 90-cı illərdən Azərbaycana gətirilən ərzaqların kimyəvi tərkibindəki zərərli maddələrdəndir, yoxsa…
SƏBUHİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!