22 İyul 2026 / 08:57

İki nəfər dənizdə batmaqdan xilas edildi

Ötən gün 2 nəfər Bakının Sabunçu rayonunun Nardaran və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbələrində dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşib. Bu barədə tezadlar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Məlumatlarla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatları sayəsində dənizdə batma təhlükəsində olan vətəndaşlar, 1997-ci il təvəllüdlü Əlizadə Cəfər Fikrət oğlu Nardaran qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralıda və 1996-cı il təvəllüdlü Quliyev Ceyhun Hüseyn oğlu H.Z.Tağıyev qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 300 metr aralıda dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!