Azərbaycanın sabiq baş prokuroru, Ədalət Partiyasının lideri, hüquq elmləri doktoru İlyas İsmayılov 87 yaşında dünyasını dəyişib.
TEZADLAR.AZ xəbər verir ki, o, bu gün- fevralın 17-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
Qeyd edək ki, İlyas İsmayılovun vəfatı barədə gəlini, tanınmış televiziya aparıcısı, jurnalist Sevil Nuriyeva sosial media hesabında bunları yazıb:
“Atam qədər sevdiyim, atam kimi əziz bildiyim, mənə Etimadın yadigarı olan
qaynatam İlyas İsmayılovu itirdik… Allah ruhunu şad etsin. Sevimli balasına qovuşacaq, onunla birliktə yeri Cənnət olsun…”
İlyas Abbas oğlu İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olmuşdur. 1985-1990-cı illərdə reespublikanın baş prokuroru, 1992-1995-ci illərdə isə Ədliyyə naziri kimi fəaliyyət göstərib. O, Milli Məclisin III və IV çağırış deputatı olub. İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edirdi.
İlyas ismayılov 2024-cü ilin sonlarında insult keçirib və reanimasiyaya yerləşdirilib. 2025-ci ilin yanvarında komaya düşüb.
Allah rəhmət eləsin.
JASMİN