İmamoğlu niyə həbs edildi?- TÜRKİYƏDƏ HÜQUQİ QALMAQAL

Oxunma sayı: 32

İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu daxil olmaqla 106 nəfər cinayət məsuliyətinə cəlb olunub. Tezadlar.az CNN- Türk- ə istinadla bildirir ki, Türkiyənin ədliyyə naziri Yılmaz Tunç jurnalistlərə açıqlamasında bu barədə sensasion faktlardan danışıb. Ədliyyə naxiri deyib ki, aparılan iki araşdırma nəticəsində 106 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Sitat: “Terror cinayətləri bürosunun apardığı istintaqda, aralarında İstanbul Böyükşəhər Bələdiyyə Başçısı da daxil olmaqla 7 nəfər haqqında həbs qərarı var. Mütəşəkkil Cinayətkarlıq Bürosu tərəfindən daha bir araşdırma aparılır. Bu çərçivədə aralarında İstanbul Böyükşəhər Bələdiyyə Başçısı da daxil olmaqla 100 şübhəli haqqında həbs qərarı çıxarılıb. Şübhəlilərin rüşvətxorluq, tenderlərin saxtalaşdırılması, dələduzluq və şəxsi məlumatların əldə edilməsi cinayətlərini törətdikləri iddia edillir”.

Ölkənin siyasi xadimləri mediada sensasion açıqlamalar yayırlar. Bəziləri bunu qarşıdan gələn prezident seçkiləri ilə əlaqələndirirlər… İmamoğlunun vəkilləri isə fərqli faktları ortaya qoyaraq onun tamamilə verilən ittihamlardan uzaq olduğu qənaətindədirlər.

A.Məmmədli

Xəbəri paylaş

17 Aprel