İmamoğlu vəzifəsini itirdi- İSTANBUL MER AXTARIR

Oxunma sayı: 31

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, Şişli bələdiyyə sədri Resul Emrah Şahan və Beylikdüzü bələdiyyə sədri Mehmet Murat Çalık vəzifələrindən uzaqlaşdırılıblar.

Tezadlar.az CNN- Türk- ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Əkrəm İmamoğlu Konstitusiyanın 127-ci maddəsi və 5393 saylı Bələdiyyə Qanununun 47-ci maddəsinə əsasən Daxili İşlər Nazirliyi tərəfindən müvəqqəti tədbir olaraq vəzifəsindən kənarlaşdırılıb. Belə ki, qərar müvəqqəti xarakter daşıyır və qeyd olunan şəxslər barəsində aparılan istintaq müddətini əhatə edir.

FAKT: İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya və terror araşdırması ilə bağlı aparılan məhkəmə prosesi başa çatıb. Məhkəmə aralarında İBB sədri Əkrəm İmamoğlu da olmaqla 18 nəfərin həbsinə qərar verib.

İmamoğlu qalmaqalş isə davam edir, ölkə siyasiləri Ərdoöana müraciət edərək siyasi liderlərə qarşı repressiyalara son qoyulmasını tələb ediblər.

A.Məmmədli

Xəbəri paylaş

17 Aprel