Əsas məzmuna keç

İnanılmaz: Ötən il nikaha daxil olanların az qala yarısı qədər boşanma olub…

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2025-ci il ərzində ölkədə 48 min 546 nikaha daxilolma və 20 min 675 boşanma halları qeydə alınmış və 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2-yə düşmüşdür.

Tezadlar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nikaha daxilolma səviyyəsi Qarabağ (5,7), Şərqi Zəngəzur (5,6), Dağlıq Şirvan, Lənkəran-Astara və Mil-Muğan (5,1), Şirvan-Salyan (5,0), Mərkəzi Aran (4,9), Bakı şəhəri və QubaXaçmaz (4,8) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,7) yüksək olmuşdur.

2024-cü il ərzində ölkədə 49 min 508 nikaha daxilolma və 21 min 384 boşanma halları qeydə alınmış və 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşmüş, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalmışdı.

Qeyd edək ki, ümumilikdə son iki ildə 42 mindən çox boşanma qeydə alınıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…