İşçilərin əmək hüquqlarının qorunmasında və müdafiə olunmasında HƏMKARLARI İttifaqlarının hansı hüquq və vəzifələri vardır?
Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin hüquqşünası Azər Quliyev bu suala belə cavab verib: "...Bu yazı və ya mövzuda mən "HƏMKARLAR ittifaqları praktik olaraq NECƏDİR, VARMI?" mövzusundan yazmıram, bu barədə hər bir işçinin öz şəxsi düşüncələri var, bu qurumun əslində praktikada öz vəzifələri üzrə fəaliyyət göstərməməsi məlumdur, öz vəzifələrindən uzaq və birçox hallarda İşəgötürənin struktur vahidi kimi çıxış etməsi də məlumdur... Şübhəsiz ki, nə qədər narazı qalsaq da, öz işini layiqincə yerinə yetirməyə çalışan və ya yerinə yetirən Həmkarlar ittifaqları təşkilatı və ya sədrləri də var. Öz nüfuzları və iradələri ilə vəzifələrini yerinə yetirməyə çalışırlar.Belə Həmkarlar ittifaqı təşkilatlarının, Sədrlərinin haqqını da danmaq olmaz.
Bu mövzuda isə mən: həmkarlar ittifaqları Azərbaycan Respublikası QANUNVERİCİLİYİ İLƏ NECƏ OLMALIDIR? İşçilərin yaratdıqları, onları təmsil edən və onları müdafiə etməyə borclu olan bu qurumun hansı hüquq və ya vəzifələrinin olmasını bildirirəm:
1. İlk olaraq onu bildirirəm ki, praktikada göründüyü və artıq hamının da qəbul etdiyi kimi və ya razılaşdığı kimi deyil, Həmkarlar Təşkilatı olduqca GENİŞ hüquq və vəzifələrə malik birqurumdur,əmək hüququ sahəsində
2.Qanuna əsasən Həmkarlar ittifaqı təşkilatı: İşçilərin könüllü yaratdığı, MÜSTƏQİL hüquqi şəxs statusuna malik müstəqil ictimai birlikdi
3. Həmkarlar ittifaqı - müstəqil qurumdur, öz fəaliyyətində heç bir qurumdan, o cümlədən də İşəgötürəndən asılı deyil, öz Fəaliyyətini qəbul olunmuş Nizamnamə,normativ hüquqi aktlar əsasında həyata keçirir və keçirməyə borcludur.
4.Həmkarlar təşkilatına qəbul könüllüdür və işçinin yazılı ərizəsi əsasında həyata keçirilir.
5. Həmkarlar təşkilatından - ÇIXMAQ DA heç bir əsas və ya səbəb olmadan könüllüdür və işçinin yazılı ərizəsi əsasında həyata keçirilir.
6. Həmkarlar təşkilatına ÜZVLÜK haqqı - bu barədə üzvlərin ümumi qəbul etdiyi - qərar əsasında həyata keçirilir, könüllüdür və yalnız işçinin yazılı ərizəsi əsasında həyata keçirilir.
7. İşəgötürən tərəfindən İŞÇİLƏRİN: ƏMƏK, sosial,iqtisadi hüquqlarına əməl olunmasına, aşkara çıxarılmış pozuntularının işəgötürən tərəfindən aradan qaldırılmasını tələb etmək hüququ vardır.
8. İşəgötürən Həmkarlar ittifaqı təşkilatının tələblərinə baxmağa və nəticələri barədə müəyyən edilmiş müddətdə, lakin bir aydan gec olmayaraq həmkarlar ittifaqına məlumat verməyə borcludur.
9. Əmək qanunvericiliyinin tələblərini pozan vəzifəli şəxslərin intizam, digər məsuliyyətə cəlb edilməsi barədə buna səlahiyyəti olan orqanlar qarşısında məsələ qaldırmaq kimi hüququ vardır.
10.Həmkarlar ittifaqları təşkilatı öz üzvlərinin hüquqlarını müdafiə etmək üçün məhkəməyə İDDİA ərizəsi ilə müraciət edə və məhkəmədə nümayəndəlik vəzifəsini yerinə yetirə bilərlər.
11. Həmkarlar ittifaqları öz üzvlərinə: hüquqi yardım xidmətlərini müstəqil surətdə təşkil edir və bu məqsədlə həmkarlar ittifaqları hüquq müfəttişliyi, hüquqi ekspert qrupları, firmaları və başqa orqanlar yarada bilərlər.
12. Həmkarlar ittifaqları:iş yerində əməyin mühafizəsi barədə qanunvericiliyə, əmək xəsarətinin qeydə alınmasına və zərərin ödənilməsinə, əmək şəraitinə və istehsal normalarına işəgötürən tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsində iştirak edirlər.
13. Kollektiv müqavilələrin və sazişlərin bağlanması sahəsində əmək kollektivinin adından iştirak edir, işçilərin hüquq və mənafeyi üçün şərtlərin daxil edilməsinə və yerinə yetirilməsinə nəzarəti həyata keçirir.
14. Müəssisənin ləğv edilməsi, işçi sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq işçilərin sərbəstləşdirilməsi zamanı işəgötürən - həmkarlar ittifaqı orqanlarına qabaqcadan (azı 3 ay əvvəl) yazılı məlumat verməklə, işçilərin hüquq və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparılmaqla həyata keçirilir.
15. İşçilərin sayının və ya ştatların ixtisar edilməsi, əmək funksiyalarını yerinə yetirməmə ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə həmkarlar ittifaqlarının razılığı alınmalıdır və sair".
Bəs sizin iş yerində həmkarlar təşkilatları əmək hüquqlarınızı necə müdafiə edir???
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN