İyulun 24-də UNESCO-nun təşkilatçılığı ilə Fransanın paytaxtı Paris şəhərində idman nazirlərinin "Change the Games" beynəlxalq forumu keçirilib. Paris-2024 Yay Olimpiya Oyunları ərəfəsində baş tutan Forumda proqram üzrə müxtəlif məsələlər müzakirə olunub.

Nazirliyin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov forumda çıxış edib, panel iclaslarında müzakirələrə qatılıb. Nazir Fərid Qayıbov Azərbaycanın UNESCO və müxtəlif ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq məsələləri, həyata keçirilən layihələr barədə məlumat verib.

Fərid Qayıbov Forum çərçivəsində UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini, Çili Respublikasının idman naziri, Anqolanın gənclər və idman naziri, Madaqaskarın nəqliyyat və meteorologiya naziri, Tanzaniya Birləşmiş Respublikasının Nazirlər Kabinetinin ədliyyə və konstitusiya işləri naziri, Cənubi Afrika Respublikasının idman, incəsənət və mədəniyyət naziri, Samoanın idman və istirahət naziri və Kosta-Rika Respublikasının idman naziri ilə ikitərəfli görüşlər keçirib.

UNESCO-nun ofisində həmçinin Azərbaycan və Qambiya arasında gənclər və idman sahələrində əməkdaşlıq memorandumu imzalanıb. Sənədi nazir Fərid Qayıbov və Qambiyanın idman və gənclər naziri Bakar Bodji imzalayıblar.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN