Ödənişli yolda avtomobil qəzası nəticəsində xəsarət alan səkkiz şəxsin kimliyi məlum olub.

Tezadlar.az DİN-nin saytına istinadla bildirir ki, Bakı-Quba-Rusiya ödənişli avtomobil yolunun Xaçmaz rayonundan keçən hissəsində, "Chery", "Kia" və "Chevralet" markalı minik avtomobillərinin iştirakı ilə baş vermiş qəza nəticəsində Sumqayıt şəhər sakinləri- 2010-cu il təvəllüdlü Sərdarlı Aylin, 2006-cı il təvəllüdlü Əliyeva Məryəm, 2010-cu il təvəllüdlü Ömər Əli və Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü Rəfiyeva Gülgün, 2015-ci il təvəllüdlü Rəfizadə Fatimə, 1952-ci il təvəllüdlü Hüseynova Güldəstə, 1990-cı il təvəllüdlü Hüseynova Güldəstə və 1979-cu il təvəllüdlü Hüseynova Ədibə müxtəlif dərəcəli xəsarət alıblar. Yaralılar tibbi yardım olunduqdan sonra yaşayış ünvanları üzrə həkim nəzarətinə göndəriliblər. Onların Şimal bölgəsinə istirahətə getdikləri bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, zəruri istintaq tədbirləri görülür.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN