UKRAYNANIN RUSİYA İLƏ DANIŞIQLARA GETMƏK İSTƏMƏMƏSİNİN ÜÇ SƏBƏBİ

UKRAYNANIN RUSİYA İLƏ DANIŞIQLARA GETMƏK İSTƏMƏMƏSİNİN ÜÇ SƏBƏBİ

Cəbhədə sabitliyin olmadığı, eləcə də Kremlin sərt mövqeyinin olmadığı bir şəraitdə Rusiya ilə Ukrayna arasında danışıqlar mümkün deyil. ABŞ-ın yeni s...

MİN AYA DƏYƏN ÖMÜR...

MİN AYA DƏYƏN ÖMÜR...

Uzun sürən xəstəlikdən sonra 50 yaşında vəfat etmiş qardaşım İlyas Qurbanovun əziz xatirəsinə...

 ONLAR TƏKCƏ SƏRHƏDİMİZİ DEYİL, HƏM DƏ AZƏRBAYCANIMIZI - DÖVLƏTÇİLİYİMİZİ QORUYUR!

ONLAR TƏKCƏ SƏRHƏDİMİZİ DEYİL, HƏM DƏ AZƏRBAYCANIMIZI - DÖVLƏTÇİLİYİMİZİ QORUYUR!

"...Azərbaycan Ordusunun şanlı Zəfər tarixini yazmasında- xarici ölkələrdə bu gün də öyrənilməkdə olan düşməni məğlubetmə takstikasında onun təklifi ə...

XURAMAN MURADOVANIN PREZİDENTƏ HƏSR ETDİYİ KİTABI TƏQDİM OLUNDU

XURAMAN MURADOVANIN PREZİDENTƏ HƏSR ETDİYİ KİTABI TƏQDİM OLUNDU

"Əlişir Nəvai" adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru, Özbəkistan Respublikası Beynəlxalq Sənət, Ədəbiyyat və İctimai Fənlər Akademi...

ORBAN PUTİNİ VİCDANLI TƏRƏFDAŞ, ƏRDOĞAN VƏ NETANYAHUNU İSƏ DOST ADLANDIRIB

ORBAN PUTİNİ VİCDANLI TƏRƏFDAŞ, ƏRDOĞAN VƏ NETANYAHUNU İSƏ DOST ADLANDIRIB

Macarıstan Rusiya prezidenti Vladimir Putini vicdanlı tərəfdaş hesab edir.

BİRİNCİ VİTSE-PREZİDENT PREZİDENT İLHAM ƏLİYEVİN DOĞUM GÜNÜ İLƏ BAĞLI PAYLAŞIM EDİB

BİRİNCİ VİTSE-PREZİDENT PREZİDENT İLHAM ƏLİYEVİN DOĞUM GÜNÜ İLƏ BAĞLI PAYLAŞIM EDİB

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə sosial media hesablarında paylaş...

"AZCOSMETİCS" MMC-DƏ "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"DIR, YA HAMAM DƏYİŞMƏLİDİR, YA DA TAS…

"AZCOSMETİCS" MMC-DƏ "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"DIR, YA HAMAM DƏYİŞMƏLİDİR, YA DA TAS…

Gülxar İbrahimova: “Biz “Azcosmetics”MMC-də olarkən danışmışdıq ki, ilkin ödəniş 8 min manatdır və onu da ödədim, amma sonradan görürəm müqavilədə 6 m...

ÇİNİN SƏDRİNDƏN PREZİDENT İLHAM ƏLİYEVƏ DOĞUM GÜNÜ TƏBRİKİ GƏLDİ!

ÇİNİN SƏDRİNDƏN PREZİDENT İLHAM ƏLİYEVƏ DOĞUM GÜNÜ TƏBRİKİ GƏLDİ!

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

"DARDA QALAN YURDUMUN  HARAYI VƏ HEYDƏR ƏLİYEV HAQQINDA DEYİLƏNLƏR MƏNİ DOĞMA VƏTƏNİMƏ SƏSLƏDİ"

"DARDA QALAN YURDUMUN HARAYI VƏ HEYDƏR ƏLİYEV HAQQINDA DEYİLƏNLƏR MƏNİ DOĞMA VƏTƏNİMƏ SƏSLƏDİ"

Sabir Məmmədov: "Xocalıda soydaşlarımıza qarşı mənfur düşmən tərəfindən qəddarlıqla, amansızcasına qanlı cinayət həyata keçiriləndə Bakıda vəzifə, kre...

MEDİA

18-Dek-2024 By Asif Memmedov

DÜNYA …

 Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, R

Detay

Dursun Qasımova: “Ağladım ki, bəlkə Natiqi fikrindən yayındıra bildim. O da mənim ağlamağıma dözmədi. Razılaşdı. Amma cəmi bir həftə dözdü. Bir həftədən sonra dayanmayıb getdi müharibəyə”

Elşad Heydərov: ”2-ci Qarabağ müharibəsində Tərtər, Ağdərə istiqamətində gedən  döyüşlərdə iştirak etmişəm və dayım kimi  Qəhrəman olmasam da, onun yolunu getməyə cəhd etmişəm” 

Natıq Qasımov! Bu ad xeyli müddətdir sosial şəbəkələrdə, saytlarda, qəzetlərdə, internet və dövlət televiziyalarında, xalq arasında tez-tez səslənir.  Belə də olmalıdır. Qəhrəmanın adı dillərdə dastan kimi söylənməlidir. Bəli, düz 32 ildən sonra, Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən Natiq Qasımova Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Azərbaycan cəmiyyətində elə bir insan tapılmazdı ki, buna sevinməsin. Gədəbəy torpağında doğulub, boya-başa çatsa da, bütün dünya aəzərbaycanlılarının qürur mənbəyinə çevrilmişdi Natiq. Amma İtaliyalı fotoqraf həmin anda orada olmasaydı, əlində üç rəngli bayrağımızı bərk-bərk tutaraq, iki erməni quldurunun əhatəsində qürurla addımlayan şəkillərini çəkməsəydi, bəlkə də Natiq Qasımov kimi qəhrəmandan xəbərimiz olmayacaqdı. Onun qəhrəmanlığı haqqında sonradan Rusiyanın məşhur “Oqanyok” jurnalının yazması isə, Natiqi artıq bütün dünyaya tanıtdı. Məlum oldu ki, ermənilərin özününkiləşdirib kilsəyə çevirdikləri məşhur Alban Kilsəsində  dığalar çoxlu silah-sursat saxlayırlarmış. Natiq də bir qrup döyüşçü ilə, çox əlverişli mövqedə olan həmin kilsəni ələ küçirərək, orada mövqe tutublar. Sonradan güc nisbətinin bizim xeyrimizə olmadığını görən əsgərlərdən kimisi kəşfiyyata, kimisi də yeni qüvvə çağırmağa getdiyindən Natiq kilsədə tək qalır. 6 gün sərasər, ac-susuz döyüşərək, 100-ə qədər ermənini cəhənnəmə göndərir. Natiqin əlindən zəncir çeynəyən Xocalı qatili olan, quldurbaşı Vitali Balasanyan, Xocalıdan əsir götürdükləri məktəb direktoru Cəfər Cəfərovu Natiqin yanına göndərir və deyir: “ Ona de ki, təslim olsun.Yoxsa səninlə bir yerdə burada olan 23 nəfər Xocalı sakinlərini güllələyəcəyəm”. C.Cəfərov Natiqin yanına gəlib Balasanyanın tələbini ona çatdırır və deyir: Qərar sənindir. Necə istəsən elə də qərar qəbul edə bilərsən. 6 gün ac-susuz olduğundan Natiq Cəfər müəəllimdən su və çörəyinin olum-olmadığını soruşur. Su olmasa da, cibində olan çörək qurusunu Natiqə verir, amma eşitdiyi tələbdən sarsıldığı üçün o çörəyi də yeyə bilmir və belə deyir:”Mən razı ola bilmərəm ki, mənə görə 23 Xocalı sakini qətlə yetirilsin” və beləcə təsim olur. Bu səhnə mənə kənd sakinlərini xilas etmək üçün Alman faşistlərinə təslim olan “Uzaq sahillərdə” filmindən qəhrəman Mehdi Hüseynzadəni xatırlatdı. Elə ermənilər Alman faşistlərindən də betər olublar. Natiq təslim olandan sonra ermənilər biliblər ki, 6 gün ərzində onların 100- ə qədər faşistini gəbərdən böyük bir dəstə yox, tək Natiq imiş...

e

-  Dursun ana, mən “Təzadlar” qəzetinin əməkdaşı Elçin Məmmədliyəm. Eşitdik xəstəsiniz, ona görə də Bakıdan Gəncəyə həm sizə baş çəkməyə, həm də, gec də olsa, haqqı tanınaraq, Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tərəfindən bu günlərdə haqq etdiyi Milli Qəhrəman adını alan Natiq Qasımovun anası kimi sizinlə bir söhbət edək. Deyirəm, taleyimizə, Allahımıza min şükür ki, bu günü görmək sizə qismət oldu, oğlunuzun, yəni Dövlətimizin, Vətənimizin yolunda etdiyi fədakarlıq, göstərdiyi igidlik öz haqqını gec də olsa aldı. Və bu gün Natiq Qasımov Milli Qəhrəmanların sırasındadır. İstəyirik ki, Natiqin  uşaqlıq illərinə bir az səyahət edək, necə uşaq olub, necə şagird olub, incidibmi sizi? Davranışları necəydi, dostlarıyla davakar olubmu? Bu barədə bir az danışardınız ki,   “Təzadlar”ın oxucularına da geniş məlumat verək. Qəhrəmanımızın həyatında baş verən hər şey bizə maraqlıdır. Buyurun, Dursun ana, eşidirəm sizi...

- Çox sağ olun ki, gəlib bizi dinləyirsiniz. Qadı Natuiqə, Vallah balacalıqdan o 7 qardaş, 7 dost idilər. Yeddisi nağd idi, qalanlarla da çox  yaxşı münasibətdə olub. Hamı ilə şirin olub, xətirli olub, yaxşı uşaq olub. Balacalıqdan ona dostları arasında qəhrəman adı verilmişdi. Vallah  ona elə bil bu ad ona yaraşırdı. Olduqca cəld, qoçaq oğlan idi. Məktəbdən oxuyan zaman, dərsdən sonra gedib kino-mexanik işləyirdi. O vaxtlar da işıqlar tez-tez sönürdü, o zaman lent qırılırdı. Natiq o lenti elə cəld düzəldirdi ki,  orada heç uşaqların bağırtısı, cığırtısı da olmurdu. Qoymurdu kino yarımçıq qalsın, tez o lenti düzəldirdi ki, tamaşaçılar kinoya rahat baxa bilsinlər. Harada işlədisə, özbaşına gedib işlədi. Özü də yaxşı idmançı idı. İdmanın bir çox növü üzrə “qramot”ları (Fəxri fərmanlar-E.M.) alıb gəlirdi. Bax, bu günlərdə bir “qramot”unu da tapmışıq evdən. O “qramotu” 6-cı sinifdə oxuyanda  almışdı. Əsgərlikdən də yaxşı ad alıb gəlmişdi. Harda iştirak edirdisə, birinci olurdu. Özü də heç kimə demirdi məni aparın. Özü elə cəld idi, idmanın hər növündən başı çıxırdı. Divara nətər yumruq vururdusa, elə bil İlham Əliyevin dəmir yumruğu idi. And olsun Allaha, baxa bilmirdim, gözümü yumurdum, deyirdim indi əli orda qaldı. Amma gözümü açanda görürdüm bir də qayıdıb vururdu. Gürcüstana yarışa getmişdi,  oradan da “qramot” gətirdi. Hər yana özü gedib, özü gəlirdi. Dərslərini də də yaxşı  oxuyurdu, amma tez çıxdı məktəbdən. Sonra elektrik kimi fəaliyyət göstərirdi. Nə bilim, heç yanda səbri çatmırdı. Deyirdilər ona ki, bir dəqiqə burda dur, sənə pul verəcəyik. Dünyasında pula tamah salmazdı və ona görə də almırdı. Balaca vaxtlarından bütün uşaqlardan seçilirdi.     

2

- Ana, indi bir az da Natiqin   müharibəyə necə getməyindən danışaq. 1988-ci ildə bu hadisələr başladı, ermənilər vaxtı ilə sığınacaq kimi verdiyimiz torpaqlara göz dikdilər. Bir çox igid oğullarımız kimi Natiq də döyüşlərin ön sırasında idi...

- Hə elədi, əsgərliyə getdi, gəldi. Gələn kimi də, heç xəbərimiz olmadan  çıxıb getmişdi döyüşə. Heç vaxt xəbərimiz də olmadı. Bir dəfə gizlin gedib gəlmişdi, başım qarışıq idi o vaxtlar, hüzürümüz var idi. Sonra növbəti dəfə gedəndə yalvardım ki, ay Natiq, getmə,  çağıranda gedərsən. Dedim ki, o vaxtlar atam 1941-45-ci illərdə müharibəyə gedib qayıtmayıb, yetim böyüdük, atamı görməmişəm. Ağladım ki, bəlkə Natiqi fikrindən yayındıra bildim. O da mənim ağlamağıma dözmədi. Qayıtdı ki, onda  atama de, gedib qərargahdan sənədlərimi götürsün, özüm vermişəm, utanıram gedib almağa. Sən deyən kimi, nə vaxt çağırsalar, onda gedərəm. Razılaşdı. Cəmi bir həftə dözdü. Bir həftədən sonra dayanmayıb getdi müharibəyə. Bir adama da deməyib ki, mən müharibəyə gedirəm. Sonradan bildik ki, gedib qoşulub döyüşçülərə. Ardınca atası getdi. Amma gec getdi, mən ağladım, ondan sonra getdi. Atası hirslənmişdi ki, o bizim sözümüzü eşitməyib gedib, qoy getsin. Bir də xəbər gəldi ki, bəs beş gündü Natiqi əsir tutublar. Atası dəfələrlə getdi, amma bir xəbər öyrənə bilmədi. Rusiyadakı bir jurnalda şəkili çıxandan sonra bildik ki, Natiqi Balasanyan tutub. Tək başına 100-ə yaxın erməni öldürüb. Xocalının  yaşlı bir direktorunu göndəriblər Natiqə çatdırsın ki, təslim olmasa, 23 nəfər Xocalı sakinini güllələyəcəyik. O direktor də Natiqə deyib ki, sən təslim olmasan bizi qıracaqlar. Natiq də ondan əvvəlcə çörək istəyib.O da cibində olan quru çörəyi ona verib. Deyilənə görə  heç yeyə də bilməyib, eləcə su istəyib, onun da suyu olmayıb. Natiq Xocalı sakinlərinin həyatını xilas etmək üçün təslim olub. Qışın günündə, bir idman köynəyi əynində, heç ayaqqabısı da olmayıb ayağında, bayraq da əlində, heç kimə təhvil vermədən gedib təslin olub. Əlindəki bayrağı da yolüstü Xramort məktəbinin üstündən götürüb...

1

- Doğrudan da  Natiqin erməni quldurlarının arasında, həmin bayraq da əlində qürurla addımlaması böyük bir qəhrəmanlıq nümunəsidir. Ana can, siz heç eşitmişdinizmi ki, Natiq təkbaşına nə qədər erməni öldürüb və əsir düşüb?

- Biz bir dəfə arxasınca getmişdik, bizə söz vermişdilər ki, gətirəcəyik, heyvan alın, qurban kəsin. Bir həftə bizi aldatdılar. Getdik, biz gedən günü də müharibə lap qızışdı. Biz məcbur olub geri qayıtdıq. Göydən güllə yağış kimi yağırdı. Elə bu məqamda bir əsgər, biləndə ki, biz Natiqin valideynləriyik, onda dedi ki, gözümün şahidiyəm,  Natiq Qasımov təkcə yumruqla 5 erməni öldürdü. İstədim Natiq haqqında daha çox məlumat öyrənim, alınmadı. Çünki atışma getdikcə qızışırdı deyə qaça-qaça getdi döyüşməyə. Ha çağırdım gəlmədi, döyüşçülərə qoşulub gözdən itdi. Beləcə ordan-burdan Natiqin qoçaqlığını eşidirdik...

- Anam,  indi bilirsiniz  nə maraqlıdır? Siz, atası, qardaşı, bacıları Natıqin belə qəhrəmanlığı haqqında bu qədər eşitmişdiniz. O zaman içinizdən belə bir hiss keçirdimi mənim oğlumu niyə qiymətləndirmirlər, niyə yadlarına salmırlar?

- Deyirdik İlham Əliyev torpaqlarımızı azad etdi və şəhidlərimizin qısasını aldı. Fikirləşirdik və ümidimiz var idi ki, hər halda Natiqi də tapar qiymət verər.

- Anam, indiki dövrü yox, mən  İlham Əliyevə qədər olan, yəni ad verilənə qədər olan dövrü deyirəm.

- Elə Heydər Əliyevə də inanırdıq ki, yenidən hakimiyyətə gələcək, gəldi və Prezident oldu. O, Naxçıvandan gələndən sonra inanırdım ki, Natiq haqqında hər şey edəcək. İnanırdım, çox inanırdım ki, ad veriləcək. Buna,  içi mən qarışıq, hamı inanırdı. Allah da bilir ki, mən İlham Əliyevə çoxlu-çoxlu təşəkkür etmişəm və hər zaman da edəcəyəm. Allah onun balalarını saxlasın, Allah ona can sağlığı və  uzun ömür versin. Həmişə dəmir yumruğunu ucaltsın, o yumruqla erməniləri yatırtsın. Mən inanıram ki, hələ Göyçəni də alacaq.

1

- Nəhayət, arzunuz, ümidiniz doğruldu və bu yaxında Prezident İlham Əliyev tərəfindən Natiq Qasımova Azərbaycanın Milli Qəhrəman adı verildi. Bunu necə eşitdiniz, necə qəbul elədiniz?

- Allah haqqı, bunu sözlə deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, sevincimdən ağladım ki, balamın qəhrəmanlıqları unudulmadı. Evdə idik. Qızım orada oturmuşdu, mən də bu yerdə uzanmışdım. Hər dəfə zəng gələndə elə bilirdim Natiqdən bir xəbər var. Birdən qonşu zəng edib dedi ki, Prezident Natiq Qasımova Milli Qəhrəman adı verib. Onda elə bil tutuldum. Ondan sonra bir də zəng gəldi, köməkçi söylədi ki, Natiqə ad verildi. Hə, bax onda tam inandım. Həmin gün yatmadıq, sevincimizin həddi-hüdudu yox idi. Eşidən hər kəs zəng edib təbrik edirdilər, gözaydınlığı verirdilər. Qalib Prezidentimə, bir də millətimə təşəkkürümü bildirirəm. Allah İlham Əliyevi Azərbaycanımızın üstündən əksik eləməsin.

- Ana, indiyə qədər şəhid anası idiniz, indi isə Qəhrəman anasısınız. Qəhrəman anası kimi xalqa sözünüz nədir? İndi Natiqi məktəblərdə də öyrənməyə  başlayacaqlar…

- Gecə-gündüz deyirəm ki, elim-günüm şən olsun. Allah var eləsin. Xalqımız bir də müharibə görməsin. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı arzu edirəm. Allahdan bunu həmişə çox arzu edirəm. İlham Əliyevə sözümün əvvəlində də, axırında da təşəkkürümü bildirirəm.

Qəhrəman ananın bu təşəkkürünü də, hörmətli Prezidentimiz İlham Əliyevə “Təzadlar” qəzeti və saytı vasitəsilə,  çatdırmaq mənəvi borcumuzdur ki, onu da edirik.

***

Kəmalə Heydərova: “Təzə vaxtlar Natiq yeyən yeməkləri uzun müddət bişirmədik, Natiq xoşlayan şeylərə baxmadıq, toylara getmədik”

Dursun ana ilə söhbətdən sonra qəhrəmanımızın bacısı Kəmalə Heydərova ilə həmsöhbət oldum. Onu da deyim ki, Natiq iki qardaş, iki bacı olublar. Qardaşı Nofəl Qasımov ailəsi ilə Mingəçevirdə yaşayır deyə, onunla söhbət edə bilmədim. Amma bacıları Kəmalə xanım anası ilə bir yerdə, Nahidə xanım isə, elə Gəncədə, anasından bir neçə ev aralıda yaşayır.Təbii ki, Nahidə xanımla olan söhbəti də sizlərə təqdim edəcəyəm. İndi isə gəlin Kəmalə xanımı dinləyək.

e

- Kəmalə xanım, şəhid bacısı kimi, bilirəm ki, qardaş itkisi ağırdır. Övlad itkisinin nə olduğunu ana bilər,  amma qardaş itkisinin necə ağır itki olduğunu da bacı hiss edər. Natiqin  müharibəyə getməyi yadınızdadırmı? Onun   şücaətləri barədə eşidirdinizmi?

- Qarabağ müharibəsi başlayanda Natiq əsgərlikdən yeni gəlmişdi. Demək olar ki, 10-15 gün olardı. Elə deyirdi mən də döyüşə gedəcəm. Xocalı hadisəsindən sonra ümumiyyətlə, evdə dayana bilmirdi. Xocalı faciəsinə qədər döyüş zonasına bir dəfə gedib gəlmişdi. Biz deyirdik ki, əsgərlikdən təzə gəlmısən, heç olmasa,  bir az qal üzünü əməlli-baçlı görək. Nə vaxt komissarlıqdan, qanunla çağırsalar, onda  gedərsən. Amma Xocalı hadisəsindən sonra evdə qətiyyən qərar tuta bilmirdi. Bir də eşitdik ki, bəs gedib. Heç xəbərimiz də olmayıb.

- Sonra da yəqin axtarışlar başladı, itkin düşmək vəs. Bəs sonra necə xəbər aldınız ki, əsir düşüb?

- Atam çox getdi-gəldi Ağdam yolunu, elə bir gün yox idi ki, getməsinlər. Sonradan orada komandiri demişdi ki, Natiq tutulub. Aradan bir az keçmiş aprel ayının 14-ü, ya da 15-i idi Rusiyanın“Oqanyok” jurnalında dərc olunmuş yazıdan və şəkillərdən bildik ki, əsir tutyublar. Əlində bayraq ermənilər götürüb apardığı yerdə  xarici, jurnalistlər çəkmişdi onu.

- Mən istəyirəm ki,  Natiqsiz günləri hansı hisslərlə yaşadınız? Bacı kimi, hansı xəbəri gözləyirdiniz, ümidiniz var idimi O, sağ olar?

- Ümid çox idi. Təzə vaxtlar Natiq yeyən yeməkləri uzun müddət bişirmədik, Natiq xoşlayan şeylərə baxmadıq, toylara getmədik. Onu dillə demək olmaz ki… İllərlə bir yerə məclislərə getmədik. Uzun müddətdən sonra yenə xalqa qaynayıb qarışdıq.  Həyat davam edir axı. Uşaqlar böyüdü, onun çox həsrətini çəkdik. Çox yaxşı uşaq, həm də çox dəcəl idi, dediyini etməsə, sakitləşməzdi.   O, 2 il Rusiyanın Krasnoyarsk şəhərində əsgərlikdə oldu. Hər məktubunda yazırdı ki, deyirlər Qarabağda atışmalar olur,orada necədir vəziyyət? Çox maraqlanırdı. Adicə uşaq idi, çağırırdı gəl evə, nəsə veriliş var, deyirdi müharibədəndirmi? Çox bağlı idi belə şeylərə. Vətənə, torpağa həddindən artıq  bağlı insan olub.

- Kəmalə xanım, 44 günlük döyüşdə bilirsiniz ki, döyüş başlayan elə ilk günlərdə, yavaş-yavaş torpaqlarımız azad olunurdu. Bax, həmin anda yenə düşünürdünüzmü, nəsə belə bir hiss keçirdinizmi ki, bəlkə Natiqdən də bir xəbər çıxdı?

- İnanırsınızmı, hər kənd, hər rayon alınanda  deyirdik ki, bəlkə Natiq sağdı, bizim əsgərlər onu tapar. Bir tərəfdən də inanmırdım ki, Natiq emənilərin əlində sağ qalar, amma yenə də ümid var idi. Hər Prezidentimiz çıxıb televizorda azad olunan bölgələrimiz barədə xəbər verəndə, deyirdik ki, bəlkə Natiqdən də bir xəbər çıxar. Amma çıxmadı.

- Deməli, 44 günlük müharibə dövründə sizdə inam artmışdı ki, Natiq haqqında bir xəbər ola bilər. Amma Natiq haqqında elə bir xəbər oldu ki, necə deyərlər, 32 ildən sonra  olsa da, öz haqqını aldı və Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Bu şad xəbəri eşidəndən sonra bir bacı olaraq hansı hissləri keçirdiniz? Necə qəbul elədiniz və hansı şəraitdə eşitdiniz bunu?

- O hissi vallah , dillə deyə milmərəm. Bir onu bilirəm ki,  oturmuşduq evdə, bir də gördüm zəng gəldi. Sağ olsun qonşu dedi ki, “bəs xəbərin varmı Natiqə Milli Qəhrəman adı verilib” deyəndə telefon qulağımda şoka düşdüm. Bu barədə gələn  televiziya işçilərinə də demişəm, inanın, telefon qulağımda  heykəl kimi donub qaldım. Evdəkilərin hamısı elə bildi pis xəbər eşitmişəm, hamısı deyir nə olub, nə olub? Dedim açın telefona baxın, deyəsən, Natiqə Qəhrəman adı verilib. . Bəzən olur, bir də görürsən yanlış məlumatlar verirlər. Açdıq baxdıq  və gördük ki, Prezidetimiz Natiqə Milli Qəhrəman adı verib. Sonra Prezidentimizin səhifəsini izləyəndə də gördük ki, doğrudan da düz xəbərdir. Mən bilirdim ki, nə vaxtsa, ona Prezident ad verəcək. Yüz faiz əmin idim. Bilirik ki, Prezidentimiz heç kimin  əməyini, vətən, xalq yolunda olan xidmətini unutmur. Amma bircə arzum var idi ki, bu adı, heç olmasa, anam da bunu eşitsin, bilsin və qəhrəman anası kimi bu hissi yaşasın. Şükür Allaha, anam bu günü gördü…

- Kəmalə xanım, bilirsiniz ki,  44 günlük müharibədən sonra 30 il erməni işğalında olan torpaqlarımız azad olundu. Hətta 23 saatlıq anti-terror əməliyyatı nəticəsində Xankəndi belə, ermənilərdən tamam boşaldı. Həmin vaxt Xocalıda və Qarabağın digər yerlərində soyqırımlar törətmiş erməni cəlladlarının bir çoxu, qaçmaq istəyərkən artıq ələ keçiblər. İndi hamı onların adlarını bilir. Amma belə vacib qatillərdən hələ bir neçəçi qalıb. Məsələn, Köçəryan, Sərkisyan və onların içərisində, vacib informasiyalı olan Vitali Balasanyan qalır. Buna da ümidiniz varmı ki, bu Balasanyan  da gec-tez tutulacaq və nəhayət, Natiqin yeri haqqında dəqiq məlumat verəcək?

- Var, əlbəttə ki, ümidimiz həmişə olub. O cəlladları tutan, Xankəndini alan bizim Prezidentimiz, inanırıq ki, Balasanyanın və digər qatillərin də həbsinə nail olacaq. Sadəcə bir az geci-tezi var. Bəli ümidimiz böyükdür. Bəs nə,  elə şey olarmı? Bilirəm, o qatı cinayətkarların demək olar ki,  10-15 nəfəri tutulub. Mən bildiklərimi deyirəm. Hə, əlbəttə, Balasanyan da tutulacaq. Biz səbrimizi basırıq, bilirik ki, o, Prezidentimizin əlindən qaça bilməyəcək.

- Biz də istəyirik ki, o qatil Balasanyan tezliklə həbs olunsun. Çünki  o cəllad Natiqin basdırıldığı yeri mütləq bilir.

- Bəli,  o tutulacaq. İstəyirəm bunu qeyd edəsiniz,  Prezidentimizdən  xahiş edirəm, o qatil Balasanyan tutulandan sonra, bizim onunla görüşməyimizə şərait yaratsın. Bir tək arzum budur.

- Kəmalə xanım bunu elə ürəklə dediniz, mənim də ürəyimdən bu keçdi ki, Allah eləsin arzunuza çatasınız, Balasanyan da tezliklə tutulsun. Onunla üz-üzə gəlsəniz nə deyəcəksiz?

- Həmin anda bilirəm nə deyəcəyəm. Biz onlar kimi cinayətkar, cəllad deyilik. Yəni vəhşi deyilik. Amma yenə də həmin an bilmirəm, hər dəfə elə düşünürəm ki, ona adam nə cəza verər?. Mən onun ölümünü arzulamıram ki, o, ölsün. Ancaq onu Prezidentimiz həbs etdirsin, ondan sonra əzab çəkə-çəkə ölsün. O, Xocalının dinc sakinlərinə necə faciələr yaşadıb, körpələrə, cavan-cavan uşaqlara, qadınlara, qocalara, necə ağır işgəncələr veribsə, Allahdan da ona elə cəzalar  verilməsini arzu edirəm. Deyir insan öz etdiklərini yaşamadan ölmür. İnanıram ki, bu qatil də o cəzaları görəcək. Öz elədiklərinin cəzasını çəkəcək. Bizim Allahımız var, bizim Prezidentimiz var. Mən Balasanyana bunu deyərdim: “ Natiqlə üzbəüz döyüşməyə kişiliyin çatmadı? Üzbəüz döyüşdə Natiq şəhid olsaydı məni o qədər də yandırmazdı. Amma nakişilik edərək, niyə onu alçaqcasına Xocalı sakinlərini öldürməklə şantaj edib  tutmusan? Heç olmasa, bizə təsəlli üçün yerini deyərdin ki, onu harada basdırmısınız?”

- Allah sizi arzunuza çatdırsın. Bilirik ki, Milli Qəhrəman adını haqq edən çoxlu qəhrəmanlarımız var. Hamısı bizim fəxrimizdir… Allah dünyasını dəyişənlərə rəhmət eləsin, qalanlara da Allah uzun ömür versin. Amma 32 ildən sonra Natiqə ad veriləndə inanın ki, bütün Azərbaycan sevindi. İndi Natiqsevərlərə nə demək istərdiniz?

- O sevincləri sosial şəbəkələrdəki rəylərdən, bizə edilən şoxsaylı zənglərdən mən də görürəm. Xalqıma təşəkkür edirəm, onlar təşəkkür üçün rəy yazanda, bildirirəm ki, mən Natiqin bacısıyam. Hamıya təşəkkür edirəm, çox sağ olsun, var olsun, elimiz. Ailəmiz adından deyirəm sağ olsunlar, Natiqə dəyər verib, qiymətləndirdilər. Demək olar ki, elə hamı yazır ki, Natiq tək sizin qardaşınız deyil, bizim də qardaşımızdır. Bax xalqımın bu sevgisini görəndə, düşünürsən ki,   yaşamağa dəyər.

- Allah, yenə deyirəm, arzunuza çatdırsın sizi. O dinc Xocalı sakinlərinin, o cümlədən  Natiqin də qatili, o vicdansız, alçaq Balasanyan tutulsun ki, bir çox məsələlərə də aydınlıq gəlsin. Sizə, ailənizə, anamız Dursun xanıma can sağlığı arzulayırıq. Bəli, Nitiq doğrudan da hamımızın qardaşıdır. Birinci Qarabağ müharibəsində mən Natiqlə ayrı-ayrı səngərdə döyüşmüşük. Amma bütün döyüşçüləri mən özümün səngər yoldaşım hesab edirəm. Çünki hamımız vətən adlı səngərdə döyüşmüşük. Mən həm də 44 günlük Vətən müharibəsində iştirak edən döyüşçünün atasıyam. Natıq də gənc yaşında şəhid olduğu üçün, bu gün o hamımızın  balasıdır. Allah ona qəni-qəni rəhmət eləsin, sizə də Allah uzun ömür, cansağlığı versin.

- Sağ olun, var olun!

***

Nahidə Məmmədova: “Natiq bizim üçümüzdən də çox balaca idi və ona görə də hamımız onun canına and içirdik”

İndi isə Natiqin digər bacısı Nahidə Məmmədovanın fikirlərini öyrənmək istəyirəm.

1

- Nahidə xanım, bayaqdan ananızla, bacınız Kəmalə xanımla söhbətlərimiz oldu, Natiq barədə danışdıq. Olub, keçənləri xatırladıq. Sizin də bu  son hadisələrlə bağlı yaşadığınız hisslər mənə maraqlıdır. Yəni Prezidentimiz tərəfindən Natiqə Milli Qəhrəman adı verildi. Şəhid bacısı statusundan çıxıb, oldunuz qəhrəman bacısı. Bu necə hissdir?

- Çox yaxşı, sözlə ifadə olunası mümkün olmayan hissdir. Bütün ailəmizlə bir yerdə çox sevindik. Allah Prezidentimizin canını sağ eləsin. Evdə idim,  birdən oğlum zəng vurdu və dedi ki, dayıya Milli Qəhrəman adı veriblər, eşidibsən? Dedim yox, xəbərim yoxdur. Dedi, hə, düz xəbərdir. Dedim birdən yalan xəbər olar, bəzi vaxtlar yalan xəbər verirlər. Dedi yox, düz xəbərdir, Prezident öz səhifəsində paylaşıb. Sevincimin həddi-hüdudu olmadı ki, gec də olsa, qardaşım öz haqqını aldı.

- Yəni ki, 32 ildən sonra olsa da, Natiqin haqqı özünə verildi. Əziyyəti yerdə qalmadı. Nahidə xanım, uşaq vaxtı Natiqlə bir yerdə oynamısınız, bir yerdə böyümüsünüz . Mənə maraqlıdır, məsələn, uşaqlıqda bəzən görürsən bacı-qardaş da  dalaşırlar.Olubmu sizin aranızda belə davalar?

- Biz heç vaxt bir-birimizlə, doğrudan da dalaşmamışıq. Natiq bizim üçümüzdən də çox balaca idi və ona görə də hamımız onun canına and içirdik. Sonradan olmuşdu deyə, sonbeşik kimi, hamımız onu əzizləyirdik, böyüyənə kimi qucağımızda gəzdirmişik. Məhəlləmizdə uşaqların demək olar hamısı onunla yaşıd idilər.  Amma, dediyim kimi, bizim ən balacamız idi. Birdən gəlirdi deyirdi ki, uşaqlar mənimlə dalaşır, bacı-qardaşları onlara  kömək edir, amma siz böyük olsanız da  yanımda olmursunuz.

- Çox gözəl xatirələrdir. Bacınız  Kəmalə xanım mənimlə söhbətində öz arzusunu, istəyini bildirdi. Yəni ki, bir çox  Xocalı qatilləri tutuldu, amma əksəriyyəti hələ də sərbəst gəzib dolaşır. Onlardan biri də cəllad Vitali Balasanyandır. Tutulandan sonra ona siz nə deyərdiniz?

- Mən ona elə bir cəza arzulayardım ki, elə bil cəza bəlkə yer üzündə yoxdur. Nə qədər Xocalı sakinlərinin qanını tökdüyü üçün alacağı cəza isə, tamam başqa olmalıdır. Elə bir cəza növü fikirləşə bilmirəm ki, ona verilsin,  adamın da ürəyi soyusun. Amma Balasnyan və başqa erməni faşistləri Xocalıdan və Qarabağın digər yerlərindən olan dinc sakinlər üçün, elə ağıla gəlməz cəzalar, işgəncələr veriblər ki, eşidəndə adamın damarda qanı donur ki, insan da insana belə işgəncə, belə zülm verər? Sonra da fikirləşirsən ki, erməni insan deyil axı, vəhşidir.

- Yəni belə çıxır ki, dediyiniz cəza insan üçündür, amma Balasanyan və digər erməni cəlladları insan deyil. Ona görə də Allah onun da bəlasını versin. Əlbəttə insan adlanan kəs belə vəhşiliklərə yol verməz. Deməli, doğrudan dab u qatil ermənilər insan deyil. İnanırıq ki, Prezidentimiz bir çox qatillərin tutulmasını təşkil etdiyi kimi, Balasanyan və əli xalqımızın qanına batmış digər qatilləri də tezliklə dəmir barmaqlıqlar arasında görəcəyik...

- İnşallah, onların içində Balasanyanı mütləq görmək istəyirəm. Çünki  o  Natiqi necə öldürdüyünü və harada basdırıldığını bilir. Onunla üz-üzə gəlsəydim tüpürərdim sifətinə…

- Allahdan  tezliklə arzunuza çatamağınızı diləyirəm. Nahidə xanım, mənimlə həmsöhbət olduğunza görə sizə təşəkkür edirəm. Allah sizləri qorusun, sağ olun, var olun.  

- Siz də çox sağ olun ki, Bakıdan Gəncəyə qədər, uzaq bir yol gəlib Natiqin doğmalarını yad edirsiniz.

- Çox sağ olun, bu, hər birimizin müqəddəs borcudur.

***

“Təzadlar”ın dəyərli oxucuları, sevindirici hal o idi ki, Natiq Qasımov kimi qəhrəmanın yurdunda onun davamçısı da var. Belə ki, Natiqin bacısı Kəmalə Heydərovanın  oğlu Elşad Heydərov, 44 günlük 2-ci Qarabağ müharibəsinin könüllü olaraq iştirakçısıdır. Nahaq yerə deməyiblər ki, oğul dayısına oxşayar. Ona görə də təbii ki, Elşad bəyi də dinləmək çox xoş oldu.

1

- Elşad bəy, biz bu gün Gəncədə sizin evinizdəyik. Yəni  Natiq Qasımovun evindəyik. Natiq xalqımızın elə bir oğludur ki, bəlkə də ikinci elə bir Qəhrəman yoxdur ki, ona ad veriləndə bütün Azərbaycan sevinməsin. Bütün xalq sevindi. İndi sən də belə Qəhrəmanın bacısı, Kəmalə xanımın oğlusan. Yəni sən dayın  Natiqin  bir növ yolunu gedəsi oldun. Sən də bu döyüşü gördün, 44 günlük döyüşün iştirakçısısan.  Bildiyimiz kimi,dünyaya gözünü açıb, özünü dərk edəndən dayın haqqında eşitmisən. Nə eşidirdin dayın haqqında, nələr bilirdin?

- Dayım döyüşdə olanda mən balacaydım, yadıma gəlmir. Özümü dərk edəndən sonra hamının dayımın igidliyindən, qəhrəmanlığından danışdığını eşitmişəm. Sənədli filmlərinə baxmışam, şəkillərdə  də görmüşəm. Dayımın adının dillərdə dastan olduğunu bilmişəm. Böyüyəndən sonra həmişə fikirləşmişəm ki, dayım kimi qəhrəman olmasam da, imkan olan kimi, onun qisasını almaq istərdim. Həmişə fəxr etmişəm dayımla. 2020-cilin sentyabrın 27- də Ali Baş Komandan tərəfindən əks hücum haqqında əmr veriləndə sevindim ki, qisas almaq zamanı gəldi. Elə həmin gün də hərbi komissarlığa gedib, könüllü olaraq səfərbərlik üçün yazıldım. Sonra hərbi komissarlıqdan çağırdılar və mən də döyüşə yollandım. Tərtər-Ağdərə istiqamətində gedən  döyüşlərdə iştirak etmişəm və dayım kimi  qəhrəman olmasam da, onun yolunu getməyə cəhd eləmişəm. 

- Dayının yolunu getmisən, müharibəni sən də görmüsən, onda hiss elədinmi ki, dayın nələr çəkib?

- Bəli, az da olsa, hiss elədim. Amma dayımın gördükləri əziyyətlər lap çox olub.  Bəlkə dayım kimi düşmənə layiqincə müsibət yaşadan, qan udduranlar elə də çox deyil. Təkbaşına 6 gün ac-susuz döyüşərək, 100-ə qədər erməni öldürüb. Bu, əsl qəhrəmanlıqdır.

- Elşad bəy,  igid oğul dayısına oxşayar deyiblər. Əgər könüllü olaraq,  səfərbərliklə, döyüşə getmək üçün yazılmısansa, sən də bir qəhrəmansan.

1

- Yox, mən elə bir qəhrəmanlıq eləməmişəm. Həmin vaxt  könüllü olaraq, minlərlə oğullar döyüşmək üçün Hərbi Komissarlığa üz tutmuşdular. Onlardan biri də mən idim. Onda 35 yaşım var idi və iki oğul atasıyam. Amma düşməndən qisas almaq hissi daha güclü idi. Ona görə də könüllü olaraq, döyüşə yollandım. Elə bir qəhrəmanlığım olmayıb. Əsl qəhrəman dayım olub ki, onu da bu günlərdə Ali Baş Komandan Prezident İlham Əliyev rəsmiləşdirdi. Ailəmiz adından qalib Prezidentimizə sonsuz təşəkkürümüz var. Allah onu qorusun və başımızın üstündən heç vaxt əskik olmasın.

- Elşad bəy, bir döyüşçü kimi Allah  səni və Natiqin yurdunda böyüyən sənin o iki oğulunu, yəni gələcəyin əsgərlərini qorusun. Bəli, dayına- Natiq Qasımova Qəhrəman adı verildi və nəhayət, haqq-ədalət 32ildən sonra öz yerini tapdı. Maraqlıdır, bunu eşidəndə bəs sən hansı hisslər keçrdin?

- Düzdü, onsuz da bizim üçün dayım həmişə Qəhrəman idi. Gözləyirdik ki, nə vaxtsa, bu ad rəsmiləşəcək. Şükür Allahın böyüklüyünə, çox sevindik. Təbii ki, bizim üçün fəxr idi, biz də fəxr elədik və böyük qürur hissi keçirdik. Allaha şükür ki, layiq olan ad verildi. Onsuz da Milli Qəhrəman adına layiq idi. O da verilməliydi və verildi də. Sağ olsun Ali Baş Komandan, qalib Prezident İlham Əliyevi,  Allah razı olsun ondan, dayıma Milli Qəhrəman adı verdi. Allah Prezidentimizə can sağlığı və uzun ömür versin.

- Elşad çox sağ ol, təşəkkür edirəm, Natiq Qasımovun ruhu şad olsun ki, yurdunda belə onun yolunu davam etdirən oğullar var, bacısı oğlu və nəvələri var. Onlar da böyüyüb hamısı əsgər kimi vətəni qoruyacaqlar. Alah onlar və gələcək nəsilə bir də müharibə göstərməsin! Çox sağ ol, var ol.

- Siz də çox sağ olun, əziyyət çəkmisiniz

- Təşəkkür edirəm, borcumuzdur.

Milli Qəhrəman Natiq Qasımovun ailəsi ilə həmsöhbət oldu:

Elçin Məmmədli,

1-ci Qarabağ müharibəsi veteranı

Bakı-Gəncə-Bakı

P.S. Natiq Qasımovun ailəsinin yerini nişan verən, ünvanlarının və telefon nömrələrinin  tapılmasına yardımçı olan, Milli Qəhrəman Fred Asifin (Asif Məhərrəmov) 1-ci Qarabağ müharibəsində döyüşən beş qardaşından biri, Qarabağ qazisi Ədalət bəyə dərin təşəkkürümü bildirirəm.

 

 

Pin It

CƏMİYYƏT

23-Dek-2024 By Elbar Şirinov

"AZCOSMETİCS" MMC-DƏ "KÖHNƏ HAMAM, KÖHNƏ…

Gülxar İbrahimova: “Biz “Azcosmetics”MMC-də olarkə

20-Dek-2024 By Asif Memmedov

ÇİNİN SƏDRİNDƏN PREZİDENT İLHAM ƏLİYEVƏ…

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbayca

19-Dek-2024 By Elbar Şirinov

PARLAMENTİN YAXINLIĞINDA ATIŞMA: 2 DEPUTAT…

Atışma Abxaziya parlamentinin binası yaxınlığında

SİYASƏT

26-Dek-2024 By Elbar Şirinov

UKRAYNANIN RUSİYA İLƏ DANIŞIQLARA GETMƏK…

Cəbhədə sabitliyin olmadığı, eləcə də Kremlin sərt

24-Dek-2024 By Elbar Şirinov

ORBAN PUTİNİ VİCDANLI TƏRƏFDAŞ, ƏRDOĞAN…

Macarıstan Rusiya prezidenti Vladimir Putini vicda

24-Dek-2024 By Elbar Şirinov

BİRİNCİ VİTSE-PREZİDENT PREZİDENT İLHAM ƏLİYEVİN…

Azərbaycan Respublikasının Birinci vitse-prezident

18-Dek-2024 By Asif Memmedov

PREZİDENT İLHAM ƏLİYEV GÜRCÜSTANDA BAŞ…

"Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın

18-Dek-2024 By Elbar Şirinov

ZELENSKİ TRAMPA DEYİB Kİ...

Vladimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti

MƏDƏNİYYƏT

25-Dek-2024 By Elbar Şirinov

HƏFTƏBECƏR

Xəbər verilir ki, Nigar Camal indiyə qədər sarı ol

24-Dek-2024 By Asif Memmedov

BU ƏFSANƏNİ OXUYUN, ÇÜNKİ...

Kitabxanaya yeni əfsanə təqdim edildi...

23-Dek-2024 By Asif Memmedov

BU KİTAB ƏMƏKDAR ARTİSTƏ HƏSR…

Əməkdar artistə həsr olunmuş kitabın təqdimatı keç

20-Dek-2024 By Yasemen Memmedov

İRAN PREZİDENTİ HİCABLA BAĞLI QANUNA…

İran prezidenti veto hüququndan istifadə edib və ö

16-Dek-2024 By Asif Memmedov

ƏLİ KƏRİMOVUN 150 İLLİK YUBİLEYİ…

Azərbaycan xalq yaradıcılığının görkəmli nümayəndə

13-Dek-2024 By Elbar Şirinov

ƏMƏKDAR ARTİSTƏ AĞIR İTKİ

Şou-biznes aləmində kifayət qədər tanınmış, rəğbət

KRİMİNAL

25-Dek-2024 By Elbar Şirinov

NARKOTİK SATIŞI TƏŞKİL EDƏN ATA…

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə

25-Dek-2024 By Elbar Şirinov

9 KİLOQRAMDAN ÇOX NARKOTİK VASİƏ…

Dekabrın 24-də polis əməkdaşları narkotik vasitəni

24-Dek-2024 By Elbar Şirinov

AĞDAŞDA NARKOTİKLƏ BAĞLI 4 NƏFƏR…

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

26-Dek-2024 By Elbar Şirinov

LAVROV UKRAYNADAKI ZƏRBƏLƏRİN HƏDƏFLƏRİNİ…

Moskva Ukraynadakı zərbələrin hədəflərini Rusiyaya

26-Dek-2024 By Elbar Şirinov

JURNALİST ZURABİŞVİLİNİN HAKİM PARTİYA İLƏ…

Tezadlar.az xəbər verir ki, kiprli jurnalist Aleks

26-Dek-2024 By Elbar Şirinov

TƏYYARƏ QƏZASINDA HƏYATINI İTİRƏN İNSANLARIN…

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəza

26-Dek-2024 By Elbar Şirinov

PAŞİNYAN VİDEOBAĞLANTI VASİTƏSİLƏ Aİİ SAMMİTİNDƏ…

Koronavirusa yoluxmuş Ermənistanın baş naziri Niko

26-Dek-2024 By Elbar Şirinov

O, TƏYYARƏNİN ATƏŞƏ TUTULMASI…

Qazaxıstan Parlamenti Senatının spikeri Maulen Aşi

26-Dek-2024 By Elbar Şirinov

BAYDEN RUSİYANIN UKRAYNANIN ENERJİ SEKTORUNA…

ABŞ-ın hazırkı prezidenti Co Bayden Rusiyanın Ukra

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

19-Dek-2024 By Elbar Şirinov

AQTA SAXTA SPİRTLİ İÇKİLƏRLƏ BAĞLI ÇAĞIRIŞ…

Yeni il bayramı ərəfəsində spirtli içkilərin kütlə

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

26-Dek-2024 By Elbar Şirinov

"…

Dekabrın 25-də Biznes mühiti və beynəlxalq reytinq

TƏHSİL

18-Dek-2024 By Yasemen Memmedov

"…

Bakı Ali Neft Məktəbinin komandaları ilk üç yeri