Əsas məzmuna keç

“İnter” Frattesini satmağa hazırdır – 30 milyon avro

İtaliyanın”Yuventus” klubu digər A Seriyası təmsilçi “İnter”in yarımmüdafiəçisi Davide Frattesi ilə maraqlanır.

Tezadlar.az “Sky Sports”a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Turin klubunun qış fasiləsində transfer etmək istədiyi oyunçuların siyahısındadır.

Mənbənin məlumatına görə, “İnter” oyunçu ilə yollarını ayırmağa hazırdır, lakin buna görə qarşı tərəfdən 30 milyon avro tələb edir.

Qeyd edək ki, Frattesi cari mövsüm komandasının heyətində 8 oyun keçirib və qol vura bilməyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…