Əsas məzmuna keç

İradə Mehri “arıqlamaq” istəyərkən görüntülərini bərbad etdi

Müğənni İradə Mehri arıqdüşmüş görünmək və daha incə belli olmaq istəyərkən xoşagəlməz vəziyyətlə üzləşib.

Tezadlar.az xəbər verir ki, sosial şəbəkədə paylaşdığı görüntülərin birində istifadə etdiyi redaktə proqramı düzgün işləmədiyindən, bədəninin müxtəlif nahiyələri təhrif olunmuş formada görünüb. Bu isə müğənninin bədən quruluşunu təbii gözəllikdən uzaq, eybəcər hala salıb.

İzləyicilər həmin görüntüləri fərq edərək, videoya müxtəlif şərhlər yazıblar. Bəziləri müğənnini tənqid edib, bəziləri isə bunu sadəcə uğursuz redaktə kimi qiymətləndiriblər.

Qeyd edək ki, son zamanlar bir çox məşhurun sosial şəbəkədə ideal görünmək üçün proqramlardan istifadə etməsi və nəticədə oxşar xoşagəlməz hallarla gündəmə gəlməsi adi hal alıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…