Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İrandan təkzib: ABŞ Prezidenti Donald Trampın müharibənin dayandırılması ilə bağlı razılıq əldə olunduğu barədə bəyanatına baxmayaraq, Vaşinqtonla mümkün sülh sazişinin heç bir mətnini hələ təsdiqləməyib. Tezadlar.az xatırladır ki, bu barədə “Fars” agentliyi danışıqlar prosesinə yaxın mənbəyə istinadən məlumat yayıb. Belə ki, ABŞ-la ilkin memorandum və ya yekun razılaşma mətnlərindən heç biri İran tərəfindən təsdiqlənməyib.
Qeyd: bundan əvvəl Donald Tramp Vaşinqton və Tehran arasında müharibənin başa çatdırılması ilə bağlı razılığın əldə olunduğunu və sənədlərin yaxın günlərdə imzalana biləcəyini bildirmişdi. Tramp özü də sonradan bəzi məsələləri təsdiq edib.