17 Aprel 2026 / 12:06

İran ABŞ və İsrailin atəşkəsi pozan hər hansı bir təcavüzünə “dağıdıcı” cavab verəcək

İran İnqilab Keşikçiləri Korpusu atəşkəsi pozan ABŞ və İsrailin hər hansı bir təcavüzünə “dağıdıcı” cavab verəcəyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusu “Ordu Günü” münasibətilə yazılı bir açıqlama yayıb.

ABŞ və İsrailin atəşkəsi pozmaq cəhdlərinə qarşı xəbərdarlıq edən açıqlamada “Ordu və İnqilab Keşikçiləri Korpusu düşmənlərin hər hansı bir təcavüzkar və cinayətkar hərəkətlərinə sərt cavab verməyə hazırdır” deyilir.

Açıqlamada həmçinin qeyd olunur ki, 4 martda ABŞ tərəfindən beynəlxalq sularda batırılan “Dena” gəmisində həyatını itirənlər üçün qisas alınacaq.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!