Əsas məzmuna keç

İran: ABŞ və xarici ölkələr sizə təhlükəsizlik təmin etməyəcək

İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Tengsiri ABŞ və xarici ölkələrin Körfəz ölkələrinə təhlükəsizlik təmin etməyəcəklərini və öz maraqları naminə onları qurban verəcəklərini bildirib.

Tezadlar.az bildirir ki, kontr-admiral Əli Rza Tengsiri bu barədə sosial media hesabında açıqlama verib.

“Son illərdə Körfəz ölkələrinin liderlərinə dəfələrlə demişik: ABŞ və xarici ölkələr sizə təhlükəsizlik təmin etməyəcək; lazım olduqda sizi öz maraqları naminə qurban verəcəklər”, – Əli Rza Tengsiri açıqlamasında deyib.

Tengsiri ABŞ ilə İsrail və İran arasında münaqişənin olduğu bu dövrdə Körfəz dövlətlərinin ABŞ və xarici ölkələrin qurbanına çevrildiyini iddia edərək əlavə edib: “Yeganə həll yolu İslam ölkələrinin birliyi və amerikalıların bölgədən qovulmasıdır”.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…