Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Aprel 2026 / 21:45

İran ABŞ-yə yeni sülh təklifi göndərdi

İran ABŞ-yə münaqişənin həlli ilə bağlı yeni təklif göndərib.

Tezadlar.az xəbər verir ki, Tehranın planı iqtisadi sanksiyaların yumşaldılması və Hörmüz boğazı vasitəsilə gəmiçiliyin normal fəaliyyətinin bərpasını nəzərdə tutur. Bundan sonra isə tərəflər nüvə proqramı üzrə danışıqlara keçə bilər.

Məlumata əsasən, təşəbbüs Pakistanın vasitəçiliyi ilə Vaşinqtona çatdırılıb. Məqsəd mövcud gərginliyi azaltmaq və danışıqlardakı dalandan çıxmaqdır.

Qeyd edək ki, təklifdə həmçinin bölgədə atəşkəs rejiminin daha uzunmüddətli davam etdirilməsi və hərbi eskalasiyanın dayandırılması kimi məqamlar da yer alır. Nüvə danışıqlarının isə yalnız ilkin siyasi və iqtisadi məsələlər həll edildikdən sonra gündəmə gəlməsi planlaşdırılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!