Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 Mart 2026 / 13:21

İran dronlarının hücumunda xəsarət alanların vəziyyəti açıqlandı

İran İslam Respublikası ərazisindən həyata keçirilən NAXÇIVAN Hava Limanında xəsarət alan iki nəfər mülki şəxs  Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Tezadlar.az   xəbər verir ki,  xəstəxanadan apa-nın sorğusuna cavab olaraq bildirilib ki, onların vəziyyətləri stabildir.

Qeyd edək ki, bu gün İran dronları Naxçıvan şəhərini vurub. Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. Dronlardan biri Naxçıvan aeroportuna düşüb. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkəkabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Bununla bağlı Xarici İşlər Nazirliyi bəyanat yayıb və İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu XİN-ə çağırılıb.

“Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək”, bəyanatda qeyd edilib.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!