Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran İnqilab Keşikçiləri Korpusu ABŞ qüvvələrinin gecə Tehrana etdiyi hücumlara qarşı qisas aldığını açıqlayıb. Açıqlamada bölgədəki 18 hərbi hədəfin ballistik raketlər və dronlarla vurulduğu iddia edilib.
Tezadlar.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusunun açıqlamasında Bəhreyn, Küveyt və İordaniya da daxil olmaqla, bölgədə təxminən 18 fərqli yerin hədəf alındığı bildirilir.
İordaniyadakı Əl-Əzraq Hava Bazasına edilən hücumda, İrana qarşı potensial əməliyyat gözləyən Amerika döyüş təyyarələrinin yerləşdiyi ərazilərə 12 ballistik raket atıldığı bildirilib.
Açıqlamada hərbi bazada yerləşən çoxsaylı ABŞ döyüş təyyarələrinin, o cümlədən F-15, F-16 və F-35 təyyarələrinin məhv edildiyi iddia edilib.
Küveyt və Bəhreyndəki bazalara zərbə endirildi
İran İordaniyadan əlavə, Küveytdəki iki və Bəhreyndəki bir hava bazasını hədəf aldığını açıqlayıb. Bu hücumlarda Bəhreyndə yerləşən ABŞ-ın 5-ci Donanmasının əsas bazasının da hədəf alındığı bildirilib.
İnqilab Keşikçiləri Korpusu iddia edir ki, ballistik raketlər və dronların istifadəsini əhatə edən əməliyyatlar genişmiqyaslı ziyana səbəb olub və hədəf alınan hərbi obyektlərə güclü zərbə vurub.
E.ŞİRİNOV