2 Mart 2026 / 04:32

İran İsrailə qarşı “Əsl vəd” əməliyyatının davam etdiyini açıqladı

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) “Əsl vəd – 4” əməliyyatının növbəti dalğasının başladığını elan edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.

Zərbənin hədəfləri “işğal olunmuş ərazilər”, eləcə də bölgədəki Amerika obyektləridir.

“Şəhidlərin qanının qisasını alacaq və ölkənin təhlükəsizliyini, milli maraqlarını və ərazi bütövlüyünü qoruyacağıq”, – İİKK-nın bəyanatında deyilir.

İİKK daha əvvəl İranın Yaxın Şərqdəki ABŞ bazalarına raket zərbələri nəticəsində 500-dən çox ABŞ əsgərinin öldüyünü və yaralandığını bildirmişdi. Xüsusilə, Bəhreyndəki ABŞ hərbi bazasına iki ballistik raketlə hücum edildiyini iddia etmişdi. “Digər bazalar da təkrar hücumlara məruz qalıb və bu hücumlar indiyə qədər ABŞ əsgərlərinin ölümünə səbəb olub”, – İran ordusu bildirib.

28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Onun hədəfləri arasında İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlıq obyektləri, aerodromlar, dron buraxılış məntəqələri və hava hücumundan müdafiə sistemləri var idi. Bundan sonra İslam Respublikası hakimiyyəti Bəhreyn, Qətər, Küveyt və İordaniyadakı İsrail və ABŞ hədəflərinə qarşı cavab zərbələri endirdi. Birləşmiş Ərəb Əmirlikləri də hücuma məruz qaldı.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!