Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 İyun 2026 / 10:20

İran: Livan müharibəsinə son qoymaq istiqamətində irəliləyiş əldə edilib

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Qətər və Pakistanın vasitəçiliyi ilə İranla ABŞ arasında danışıqların birinci mərhələsinin başa çatmasından sonra Livanda müharibəyə son qoymaq istiqamətində əhəmiyyətli irəliləyiş əldə edilib.

Tezadlar.az xəbər verir ki, ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında dərc olunan açıqlamada Əraqçi ABŞ ilə danışıqlara münasibət bildirib.

O, Livanda münaqişələrin qarşısını almaq üçün yaradılacaq işçi qrupunun əsl sınaq olacağını bildirib və əlavə edib ki, “Pakistan-Qətər vasitəçiliyi ilə Livanda müharibəyə son qoymaq istiqamətində irəliləyiş əldə edilib”.

Əraqçi həmçinin ölkəsinə neft ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını və blokadanın bitdiyini, eləcə də İranın dondurulmuş aktivlərinin bir hissəsinin azad edildiyini vurğulayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!