Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin öldüyünü iddia etdiyi İran Ali Milli Təhlükəsizlik Şurasının Baş katibi Əli Laricaninin ABŞ tərəfindən öldürülən iranlı dənizçilər ilə bağlı yazdığı mesaj paylaşılıb.
Tezadlar.az xəbər verir ki, Laricaninin sosial media hesablarında paylaşılan mesaj “Əli Laricaninin İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin əsgərlərinin dəfn mərasimi ərəfəsində əlyazma mesajı” kimi təsvir edilib.
Mesajda deyilir:
“Uca Tanrının adı ilə. İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin Dana şəhərindəki şəhidləri beynəlxalq zülmkarlara qarşı mübarizənin bu dövründə ortaya çıxan cəsur millətin qurbanlarının bir hissəsidir. Onların xatirəsi həmişə İran xalqının qəlbində yaşayacaq və bu şəhidliklər uzun illər İran İslam Respublikası Ordusunun silahlı qüvvələr strukturunun təməlini təşkil edəcək. Uca Tanrıdan bu dəyərli şəhidlərə ən yüksək rütbələr verməsini diləyirəm.”
İranın “IRIS Dena” freqatı Hindistanda keçirilən Milan 2026 təlimindən qayıdarkən Hind okeanında beynəlxalq sularda ABŞ sualtı qayığından atılan torpeda ilə vurulub.
İran gəminin silahsız olduğunu və hücum nəticəsində 104 iranlı dənizçinin həlak olduğunu açıqlayıb.
İsrail müdafiə naziri Yisrael Katz İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İsrail hücumunda öldürüldüyünü iddia edib.
E.ŞİRİNOV