Əsas məzmuna keç

İran müharibəsinin ABŞ-a dəyən ziyanı açıqlandı

ABŞ Konqresinin Büdcə İdarəsi (CBO) İranla müharibənin Pentaqona dəyən ziyanının 38 milyard dollara çatdığını bildirib.

Tezadlar.az xəbər verir ki, CBO 1 avqust tarixinə olan məlumata görə, fevral ayının sonunda İrana qarşı başlanan “Epik Qəzəb” əməliyyatının Pentaqona dəyən ziyanı təxminən 38 milyard dollara çatıb.

CBO İranla silahlı münaqişənin maliyyə ölçüsünü dörd əsas başlıq altında qiymətləndirib: əməliyyat xərcləri, fürsət xərcləri, iqtisadi təsirlər və potensial əlavə xərclər.

Hesabata görə, 38 milyard dollarlıq əməliyyat xərcləri istifadə olunmuş sursatların dəyişdirilməsi, döyüşdə itirilmiş hərbi texnikanın dəyişdirilməsi, uçuş saatlarının artırılması, sahə əməliyyatları və artan yanacaq xərcləri ilə bağlıdır.

Hesabatda qeyd olunur ki, azalan hərbi ehtiyatlar ABŞ-ın silah və sursat inventarını bir neçə il zəiflədə bilər.

CBO bu vəziyyətin, xüsusən də böyük ballistik və kruiz raket arsenallarına malik Çin kimi ölkələrlə potensial böhranlarda ABŞ üçün təhlükəsizlik riskləri yarada biləcəyini qiymətləndirib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…