Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyul 2026 / 06:51

İran ordusu bu 7 ölkəyə hücumla bağlı xəbərdarlıq etdi

Ötən gün ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv olan bir sıra ölkələrin və İordaniyanın İrana qarşı Amerikanın hərbi hücumlarında iştirak etdiyini bəyan edib. Tezadlar.az “Fars”Agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai “X” sosial şəbəkəsində yazıb. Sitat: “Əgər Amerikanın bu iddiası yalandırsa, o zaman bu ölkələr onu rəsmi şəkildə təkzib etməyə borcludur”, – Bəqai bildirib. Bəqdai deyib ki, bu şəraitdə İranın həmin ölkələrin ərazilərində yerləşən Amerika hərbi bazalarına və obyektlərinə zərbə endirmək hüququ yaranır: “Bu ölkələrin Amerika hücumlarına kömək məqsədilə öz ərazilərini plasdarm kimi təqdim etməsi BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə əsasən onları bu işdə şərik edir, eyni zamanda mehriban qonşuluq prinsipinin və BMT Nizamnaməsinin 2-ci maddəsinin (4-cü bəndinin) kobud şəkildə pozulmasıdır”.

O xatırladıb ki, İran tərəfindən özünümüdafiə hüququnun həyata keçirilməsi bütün regionda təhlükəsizlik və sabitliyin bərpa edilməsi üçün zəruri addımdır.

Qeyd edək ki, Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına 6 ölkə – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Küveyt, Bəhreyn və Oman daxildir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!