Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-nin dondurulmuş İran aktivlərinin ABŞ kənd təsərrüfatı məhsullarının alınmasına yönəldiləcəyi ilə bağlı bəyanatlarını tənqid edib.
Tezadlar.az xəbər verir ki, bu barədə M. Qalibaf “X” sosial şəbəkə hesabında yazıb.
“ABŞ yalandan iddia edir ki, bizim dondurulmuş aktivlərimiz onların kənd təsərrüfatı məhsullarının alınması üçün istifadə ediləcək. Maraqlıdır”, – o bildirib.
Qalibaf qeyd edib ki, ABŞ-nin çoxillik siyasətinin yeganə “məhsulu” onilliklər boyu davam edən inamsızlıq olub.
O həmçinin bildirib ki, Vaşinqton yalnız pozulmuş vədlər və boş danışıqlar təqdim edir.