Qətər Müdafiə Nazirliyi İranın bu gün Qətərə 14 ballistik raket və bir sıra dron hücumu həyata keçirdiyini açıqlayıb.
Tezadlar.az xəbər verir ki, Qətər Müdafiə Nazirliyinin açıqlamasında deyilir: “Qətər bu gün İran İslam Respublikasından 14 ballistik raket və bir sıra dron hücumuna məruz qalıb”.
Məlumatda əlavə edilib ki, Qətər Silahlı Qüvvələri bütün dronları vurub məhv edib və 13 ballistik raketi ələ keçirib.
Məlumatda həmçinin qeyd olunur ki, İrandan atılan bir ballistik raket yaşayış məntəqələrindən uzaqda boş bir əraziyə düşüb.
E.ŞİRİNOV







