Tezadlar.az xəbər verir ki, İranın Rusiyadakı səfiri Kazem Cəlali TASS-a bildirib ki, İslam Respublikasına qarşı qəddar təcavüz fonunda ABŞ ilə danışıqlardan söhbət gedə bilməz.
“Ölkəmiz hazırda ABŞ və İsrail rejimi tərəfindən qəddar təcavüzə məruz qalır və ölkənin ən yüksək prioriteti milli suverenliyini və ərazi bütövlüyünü qorumaqdır. Bu şəraitdə heç kim Amerika ilə danışıqları düşünmür. Əlbəttə ki, İran əvvəllər ABŞ ilə dəfələrlə danışıqlar aparıb, son ikisi hazırkı hökumətlə olub”, – deyə İran diplomatı bu məsələ ilə bağlı suala cavab verərkən bildirib.
E.ŞİRİNOV






