Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ prezidenti Donald Trampın “İranın zənginləşdirilmiş uranı ABŞ-a ötürüləcək” iddialarını təkzib edərək, uranın heç bir halda ölkədən çıxarılmayacağını və bu məsələnin danışıqlar masasında olmadığını bildirib
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ prezidenti Donald Trampın İranın zənginləşdirilmiş uranın ABŞ-a köçürüləcəyi ilə bağlı iddialarını təkzib edib.
Tezadlar.az xəbər verir ki, televiziya proqramında çıxış edən Bəqayi İranın zənginləşdirilmiş uranın köçürülməsi ilə bağlı iddialara toxunub.
Zənginləşdirilmiş uranın onlar üçün İran torpağı kimi müqəddəs olduğunu bildirən Bəqayi deyib: “İranın zənginləşdirilmiş uranı heç bir halda başqa yerə köçürülməyəcək”.
Bəqayi həmçinin uranın köçürülməsi məsələsinin danışıqlarda qaldırılmadığını və ölkəsinin bu məsələni bir seçim kimi təqdim etmədiyini vurğulayıb.
ABŞ prezidenti Donald Tramp İranın “hər şeydə razılığa gəldiyini” və ölkədən zənginləşdirilmiş uranın çıxarılmasında ABŞ ilə əməkdaşlıq edəcəyini bildirib.
Tramp bildirib ki, “Biz ora gedib onlarla birlikdə əldə edəcəyik, sonra isə onu əlimizə alacağıq. Biz bunu bir araya gətirəcəyik, çünki o vaxta qədər razılaşma əldə edəcəyik və razılaşma olduqda, döyüşməyə ehtiyac qalmayacaq. Bizim adamlarımız uranı əldə etmək üçün iranlılarla işləyəcək və sonra onu ABŞ-a aparacağıq”.
E.ŞİRİNOV