13 Avqust 2026 / 08:47

İran və ABŞ arasında danışıqlarda niyə irəliləyiş əldə edilməyib?

Gözlənilənlərin əksi baş verdi: İran və ABŞ arasında iyunda əldə olunan müvəqqəti atəşkəs razılaşmasının bərpası ilə bağlı danışıqlarda irəliləyiş əldə edilməyib. Tezadlar.az xatırladır ki, bu barədə “Reuters“ adı açıqlanmayan iranlı mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, vasitəçi ölkələr vasitəsilə müzakirə olunan məsələlərdən biri ABŞ-ın müvəqqəti razılaşmaya qayıtması və üzərinə götürdüyü öhdəliklərin icra müddətinin müəyyənləşdirilməsidir. Lakin bu məsələ ilə bağlı heç bir irəliləyiş yoxdur. Mənbə Anadolu agentliyinin İran və ABŞ-ın yekun razılaşmanın əldə olunması üçün nəzərdə tutulan 60 günlük müddətin uzadılması barədə razılığa gəlməsi ilə bağlı məlumatını da təkzib edib.

Bəs bundan sonra nə baş verəcək?

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!