Əsas məzmuna keç

İran və ABŞ nüvə dosyesi üzrə dialoqu davam etdirir

Tehran və Vaşinqton İranın nüvə proqramı ətrafında böhranın həlli məsələsində vasitəçilər vasitəsilə dialoqu davam etdirir.

Tezadlar.az xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.

“ABŞ ilə dialoq vasitəçilər vasitəsilə davam edir. Amerikalıların qarşılıqlı hörmət əsasında danışıqlara hazır olduqları gün biz də tam hazır olacağıq. Hüquqlarımıza hörmət etmək və maraqlarımıza hörmət etmək lazımdır”, – “Tasnim” agentliyi onun sözlərini sitat gətirir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…