Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 İyul 2026 / 15:50

İran və Azərbaycan gömrük əməkdaşlığının inkişafı və tranzitin asanlaşdırılması barədə razılığa gəliblər

İran İslam Respublikası və Azərbaycan Respublikasının gömrük orqanlarının rəhbərləri gömrük əməkdaşlığının inkişaf etdirilməsi və tranzitin asanlaşdırılması barədə razılığa gəliblər. Səfirlikdən tezadlar.az-a bildirilib ki, bu görüş iyulun 30-da İranın Biləsuvar şəhərində İran İslam Respublikası İqtisadiyyat və Maliyyə nazirinin müavini, İran Gömrük Administrasiyasının rəhbəri Forod Asqarinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun sədrliyi ilə keçirilib. Görüşdə hər iki ölkənin gömrük orqanlarının nümayəndələri, o cümlədən Astara, Biləsuvar və Poldəşt gömrüklərinin baş idarələrinin rəhbərləri, həmçinin İran İslam Respublikasının Bakıdakı səfiri Müctəba Dəmirçilu iştirak ediblər.
Görüş zamanı fiziki və proqram təminatı infrastrukturunun təkmilləşdirilməsi, eləcə də iş proseslərində daha sıx koordinasiyanın təmin edilməsi yolu ilə gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, sərhəd-keçid məntəqələrindən nəqliyyat vasitələrinin keçidinin asanlaşdırılması məsələləri müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
İclasın sonunda görüşün protokolu hər iki ölkənin gömrük rəhbərləri tərəfindən imzalanıb, daha sonra Biləsuvarda hər iki ölkənin gömrük qurumlarının sərhəd-keçid məntəqələri, obyektləri və avadanlıqlarına baxış keçirilib.
RÖVŞANƏ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!