19 Mart 2026 / 08:19

İran XİN Avropa Birliyinə müraciət etdi

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa Birliyi ölkələrini ABŞ-İsrail birgə əməliyyatını dayandırmağa çağırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Əraqçi bu müraciəti AB xarici işlər naziri Kaja Kallasla telefon danışığı zamanı edib. O bildirib ki, AB hücumları dayandırmaq üçün ABŞ və İsrailə təzyiqi artırmalıdır. Əraqçi alyansın hazırkı mövqeyini “məsuliyyətsiz” adlandırıb.

“Əgər AB və Avropa ölkələri regionda sülh və təhlükəsizlikdən narahatdırlarsa, məsuliyyətsiz mövqe tutmaq əvəzinə, təcavüzkarlara təzyiq göstərməyə və İrana qarşı hərbi təcavüzü dayandırmağa çalışmalıdırlar”, – o deyib.

Əraqçi həmçinin əlavə edib ki, ABŞ və İsraili dəstəkləmək AB-ni İran xalqına qarşı cinayətlərdə şərik edəcək.

Daha əvvəl İsrail İranın kəşfiyyat rəisinin öldürüldüyünü açıqlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!