11 Yanvar 2026 / 11:03

Trampın arzusu çin olur: İranda nümayişçilər əsas küçələrdə nəzarəti ələ keçirdi- TƏCİLİ- VİDEO

Trampın arzusu çin olur: ötən gecə etirazçılar güllə- barana baxmayaraq küçələrə çıxaraq etirazlarını davam etdirib və bəzi əsas küçələri nəzarətə götürüblər. Ölkədə vəziyyət Trampın arzuladığı kimidir- Tehranda ümumi internet blokadası davam edir və minlərlə nümayişçinin saxlanıldığı bildirilir. Tezadlar.az BBC MÜXBİRİNİN YAYDIĞI MƏLUMATLARINA görə, ƏLDƏ EDİLƏN videolardan məlum olur ki, Tehranın Gişa rayonunda etirazçılar küçələrdə tam nəzarəti ələ keçirib. Məşhəddə, Vəkilabad prospektində isə etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar əks olunub. Maskalı etirazçılar konteynerlərin və yandırılmış tonqalların arxasında gizlənir, uzaqda isə təhlükəsizlik qüvvələrinin sırası görünür. Avtobusa bənzər bir nəqliyyat vasitəsinin alov içində olduğu da kadrlarda yer alır. Eyni zamanda yaxınlıqdakı piyada körpüsündə dayanan bir fiqurun müxtəlif istiqamətlərə bir neçə dəfə atəş açdığı, prospektin kənarında isə bir neçə nəfərin hasarın arxasında gizləndiyi görünür. Paytaxt Tehrandan da başqa videolar yayılıb. Verify tərəfindən təsdiqlənmiş bir videoda Qərbi Tehrandakı Punak meydanında böyük bir etirazçı qrupunun qazanları döyərək aksiya keçirdiyi görünür. Bu ərazi həftə ərzində etirazların əsas mərkəzlərindən biri olub. Şimal-şərqi Tehranın Həravi rayonunda çəkilmiş və başqa bir videoda isə etirazçıların küçə ilə irəliləyərək İrandakı hazırkı hakimiyyətin sona çatmasını tələb etdikləri görünür. Reuters- in yaydığı məlumatdan isə belə anlaşılır ki, ABŞ İrana hərbi müdaxiləyə hazırlaşır. Bu an məsələsidir.

A.Məmmədli

https://www.youtube.com/shorts/6HWJZlKh0sY

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!