18 Mart 2026 / 06:29

İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib

İran Fars körfəzi ilə həmsərhəd olan Buşehr Atom Elektrik Stansiyası ərazisinə raket zərbəsi endirildiyini bildirib, lakin heç bir itki və ya ziyan olmayıb.

Tezadlar.az bildirir ki, İran Atom Enerjisi Təşkilatının İctimaiyyətlə Əlaqələr Bölməsi nüvə elektrik stansiyasına edilən hücumla bağlı açıqlama verib.

Məlumatda Fars körfəzi sahilindəki Buşehr Atom Elektrik Stansiyasının hədəf alındığı və stansiya ərazisinə raket düşdüyü, lakin heç bir itki və ya ziyanın olmadığı bildirilib.

Məlumatda stansiyanın heç bir hissəsinin zədələnmədiyi və bu cür hərəkətlərin nüvə obyektlərinin hərbi hücumlardan toxunulmazlığı ilə bağlı bütün beynəlxalq qaydaları pozduğu qeyd edilib.

“Bu cür hərəkətlər Fars körfəzi ölkələri də daxil olmaqla bütün region üçün düzəlməz nəticələrə səbəb ola bilər”, – məlumatda həmçinin əlavə edilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!