Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

O, Kuba rejiminin süqutunu belə proqnozlaşdırıb
ABŞ senatoru Lindsi Qrem “Fox News”-da Kubadakı kommunist diktaturasının süqut edəcəyini bildirib.
Tezadlar.az xəbər verir ki, senatorun sözlərinə görə, onun mövcudluğu sona çatır.
Qrem qeyd edib ki, ABŞ prezidenti Donald Tramp respublikaçılar üçün xarici siyasətdə etalondur. O bildirib ki, Venesuela lideri Nikolas Maduronun həbsini məhz Tramp təmin edib.
Senator əlavə edib ki, İrandan sonra növbəti hədəf Kuba ola bilər. O, həmçinin İran rejimini beynəlxalq terrorizmin “vətəni” adlandırıb və tezliklə süqut edə biləcəyini proqnozlaşdırıb.
Donlad Tramp əvvəllər İrandan sonra növbəti hədəf Kubanın ola biləcəyini bildirmişdi. O, adanın “dostcasına ələ keçirilməsi” ehtimalını istisna etməyib.
E.ŞİRİNOV